Modern.az

Yaponiya səfirinin müavini BAMF da olub

Yaponiya səfirinin müavini BAMF da olub

Dünya

16 Dekabr 2009, 18:56

Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toshikazu Muto dekabrın 16-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda  (BAMF) olub. Modern.az xəbər verir ki, səfirliyin təşəbbüsü ilə reallaşan görüşdə Toshikazu Muto BAMF-ın fəaliyyəti ilə maraqlanıb. BAMF-ın sədri Umud Rəhimoğlu və qurumun beynəlxalq məsləhətçisi Lütfül Kabir qonağa təşkilat haqqında geniş məlumat veriblər. L.Kabir BAMF-ın fəaliyyət istiqamətindən və həyata keçirdiyi layihələrdən də danışıb.

Toshikazu Muto BAMF-la tanışlığından məmnun qaldığını deyərək, belə görüşlərin davam etdirilməsinin vacibliyindən danışıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı