Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

5 Aprel 2019, 23:31

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 71,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,72 dollar/barel çoxdur. Modern.az  xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,04 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,53 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,74 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir