Modern.az

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə iclası keçirilir

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə iclası keçirilir

17 Dekabr 2009, 10:58

Bu gün Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının 22-ci iclasına start verilir. Moden.az xəbər verir ki. tədbirə RRB-nin rabitə administrasiyalarının, eləcə də “elektron” strategiya və İKT-nin inkişaf proqramlarının həyata keçirilməsində iştirak edən aidiyyəti təşkilat və idarələrin nümayəndələri qatılıb.

İclas çərçivəsində iştirakçılar RRB-yə üzv ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının və informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya, proqram və layihələrin icrasının gedişatı ilə tanış olacaq və “elektron hökumət” sistemləri çərçivəsində İKT-yə əsaslanan dövlət xidmətlərinin təqdim olunması istiqamətində təcrübə mübadiləsi aparacaqlar.
Komissiyanın iclasında İKT-nin perspektiv istiqamətləri, eləcə də MDB-yə üzv ölkələrin informasiyalaşdırma üzrə əməkdaşlıq Strategiyası çərçivəsində icra olunan layihələrin praktiki nəticələri müzakirə olunacaq.
Bundan əlavə, RRB-nin internetdə kiril əlifbasının tətbiqinə dair koordinasiya işləri üzrə Məsləhətçi qrupunun fəaliyyəti, eləcə də “MDB məkanını birləşdirək” yüksək səviyyədə Görüşün nəticələrinə baxılacaq.
Tədbir iştirakçılarına RRB-nin İnformasiyalaşdırma üzrə Komissiyasının fəaliyyətinin nəticələri, həmçinin Komissiyanın gələcəyə dair plan və perspektivləri haqqında məlumat təqdim olunacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi