Modern.az

Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB

Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB

Qarabağ

15 Aprel 2019, 14:41

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb. Modern.az xəbər verir ki, Rusiya XİN başçısı sergey lavrovun da iştirak etdiyi görüşün yekun bəyanatı yayılacaq.

***

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əvvəlcə Lavrovun iştirakı ilə görüşüblər. 

Daha sonra danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib.

***

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş bu gün - aprelin 15-də Moskvada keçiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat verib.

 

Görüşə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatılacağını gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır