Modern.az

Ramiz Rzayev məhkəmə hakimlərinə XƏBƏRDARLIQ ETDİ

Ramiz Rzayev məhkəmə hakimlərinə XƏBƏRDARLIQ ETDİ

17 Aprel 2019, 11:18

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı məhkəmə-hüquq sisteminin yeni strateji yol xəritəsidir. Modern.az-ın məlumatina görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.

R.Rzayev qeyd edib ki, Fərmanda məhkəmə-hüquq sisteminin bütün fəaliyyət istiqamətləri müəyyən edilir:

"Ədalət məhkəməsinin keyfiyyətinin artırılmasına nail olunacaq, müəyyən edilən nöqsanlar aradan qaldırılacaq".

Ali Məhkəmə sədrinin sözlərinə görə, Fərmanda nəzərdə tutulan göstərişlərin vaxtında yerinə yetirilməsi üçün hər bir hakiminin üzərinə böyük məsuliyyət düşür:

"Vatəndaşların məhəkəmələrə inamını təmin etməli, süründürməçilik halları aradan qaldırılmalıdır. araşdırmalar göstərir ki, bu sahədə hələ də vətəndaşları narahat edən nöqsanlar var. Buna görə hər bir hakim dəyişikliklərə özündən başlamalıdır".

R.Rzayev bildirib ki,  Fərmanda bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.

Ali Məhkəmənin sədri deyib ki, 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224 584 mülki, 5029 iqtisadi, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb.

R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

 Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər