Modern.az

Bakıdan rayonlara avto və veloyürüşlər olacaq

Bakıdan rayonlara avto və veloyürüşlər olacaq

Ölkə

17 Dekabr 2009, 13:39

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Öyrən və təhlükəsiz ol !” adlı proqramına bu gün yekun vurub.

Mərkəzdən Modern.az-a bildirilib ki, əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram 24 rayonu əhatə edib.

Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilib. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilib.

Ümumilikdə proqram 4800 məktəblini əhatə edib.

Proqram çərçivəsində təlimlərlə yanaşı, əyani vəsaitlər də hazırlanıb paylanıb və bir neçə maarifləndirici aksiya da keçirilib.

Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən növbəti ilin əvvəlindən bu proqramın formatında bir sıra dəyişikliklər də ediləcək. Belə ki, mərkəz rayonlara avto və veloyürüşlər etməyi, maarifləndirici aksiyalar keçirməyi, yol hərəkəti qaydalarının pozulmasının fəsadlarına dair tamaşaların səhnəyə qoyulmasını və s. planlaşdırıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi