Modern.az

Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi

Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi

Mədəni̇yyət

19 Aprel 2019, 12:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.

İdarənin əmri ilə Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə təyinat olub.

Baş idarədən Modern.az-a bildirilib ki, bu vəzifəyə adı “Qızıl kitab”a yazılmış Prezident təqaüdçüsü, vokalçı Məmmədov Amil Həsən oğlu  təyin olunub.

Məmmədov Amil Həsən oğlu 24 aprel 1986-cı ildə Bakıda anadan olub. Bakı şəhəri Suraxanı rayonu 282 saylı orta məktəbi bitirib.

Bülbül adına orta ixtisas musiqi məktəbində təhsili alıb.

Bakı Musiqi Akademiyasın solo oxuma kafedrasında ali təhsil alıb.

2009-cu ildən Daxili İşlər Nazirliyin Daxili Qoşunlarının nümünəvi göstərici hərbi orkestirində çalışıb. 

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub