Modern.az

Azərbaycanda bir neçə tanınmış aktyor işdən çıxarılıb

Azərbaycanda bir neçə tanınmış aktyor işdən çıxarılıb

Mədəni̇yyət

27 Dekabr 2011, 16:58

İşdən çıxarılanlar sırasında Ağaxan Salmanlı, Tariyel Qasımov, Lətifə Əliyeva və Firəngiz Şərifova da var

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında 65 yaş həddi ilə əlaqədar aktyorlar təqaüdə göndərilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov APA-ya açıqlamasında bildirib ki, teatrda bu proses 70 yaşdan yuxarı aktyor və işçi heyətinə şamil olunub. Dövlət Gənc Tamaşaçılar Teatrında ümumilikdə 13 işçi təqaüdə göndərilib. Bu sırada 8 nəfər aktyor, digərləri isə texniki işçidir. Təqaüdə göndərilənlər arasında xalq artistləri Firəngiz Şərifova, Solmaz Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artistlər Rafiq Hüseynov, Lətifə Əliyeva, Sona Babayeva, Nazim İbrahimov var.

M. Həmidov deyib ki, teatrda təqaüdə göndərilən aktyorlar arasında yalnız Lətifə Əliyevanın yaşı 70-dən aşağıdır. Teatr rəhbəri onların ştatdan çıxarıldıqlarını, teatrda müqavilə əsasında işə cəlb olunduqlarını deyib və bu prosesin davamlı olacağını vurğulayıb.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında isə eyni səbəbdən 7 nəfər ştatdan çıxarılıb. Onlardan 4 nəfər aktyor, 3 nəfər isə texniki işçidir.

Akademik Milli Dram Teatrında isə aktyorlar, Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruzov və Məleykə Əsədova, eləcə də aktyor Tofiq Hüseynova xəbərdarlıq olunub. Xəbərdarlıq teatrın direktoru İsrafil İsrafilov tərəfindən edilib.

İ.İsrafilovun Rafael Dadaşov və Məleykə Əsədovaya məşqə gecikdiklərinə, Ramiz Novruzova məşqə gəlmədiyinə, Tofiq Hüseynova isə tamaşa zamanı roluna söz əlavə etməsi səbəbindən xəbərdarlıq etdiyi bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir