Modern.az

NATO Gürcüstan məsələsində Rusiyaya güzəştə getməyəcək

NATO Gürcüstan məsələsində Rusiyaya güzəştə getməyəcək

Dünya

17 Dekabr 2009, 14:54

“NATO Gürcüstan məsələsində Rusiya ilə kompromisə getməyə hazır deyil”. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata əsasən bu barədə alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib. "Yox, heç bir halda biz prinsipial məsələlərdə kompromisə getməyəcəyik" -deyə o, bu gün “İnterfaks”ın mərkəzi ofisində keçirdiyi mətbuat konfransında bildirib.

Rasmussen qeyd edib ki, Moskvada Rusiya rəhbərliyi ilə söhbətdə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini deyib.

“Mən rəsmən bəyan etdim ki,  NATO Gürcüstanın ərazi bütövlüyü  hüququna tam əməl  edilməsində israrlıdır”-deyə NATO baş katibi bildirib.  

Eyni zamanda A.F.Rasmussen Rusiya ilə NATO arasında əməkdaşlığın vacibliyini qeyd edib.

"Düşünürəm ki, hər iki tərəf gözəl anlayır ki, hazırki şəraitdə biz yeni təhdidlərlə qarşıdurmada birgə işləməliyik" - deyə NATO baş katibi vurğulayıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı