Modern.az

Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər

Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər

23 Aprel 2019, 12:24

“Cəmiyyətdəki müəyyən sosial problemlərin həlli istiqamətində təkliflər irəli sürmək istəyirəm. İlk növbədə qaza qoyulan limitlə bağlı danışmaq istərdim. Əhalinin müxtəlif təbəqələrindən bizə müraciətlər olur. Təklif edirlər ki, limit qaldırılsın”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin  iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib:

 

“İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır.  İllik 1700 kubmetr, 170 manat civarında limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, istixanalar, dönərxanalar var ki, pul qazanırlar. Onların ödəmə imkanları var. Yoxsul əhali üçün böyük problemdir. Çox istəyirəm ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər. Limit iki dəfə qaldırılsın”.

Deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının  təkliflərini dəstəkləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır