Rusiyanın ilhaq etdiyi Krım sakini öz azərbaycanlı atasını axtarır.
Modern.az xəbər verir ki, Arsen Şükürov atası Şükürov Murad İbad oğlunu (1971-ci il təvəllüdlü) axtarır.
“Atam 1993-1994-cü illərdə Sevastopol/Balaklava şəhərlərində sualtı qayıqda xidmət keçib. 1994-cü ildə Azərbaycana, Qobu kəndinə geri dönüb. 1995-ci ildən əlaqəmiz tam itib”.
Arsen Şükürov atası ilə əlaqə saxlamaq istədiyini və ona bu axtarışda yardımçı olacaq hər kəsə minnətdarlıq edəcəyini vurğulayıb.