Modern.az

Gözəllik yarışmalarının süni gözəlləri - Tanınmış modelyerdən TƏKLİF

Gözəllik yarışmalarının süni gözəlləri - Tanınmış modelyerdən TƏKLİF

24 Aprel 2019, 14:38

Ölkədə tez-tez gözəllik müsabiqələri təşkil olunur. Belə müsabiqələrdə iştirak edən modellərin seçimi model biznesinə aid olmayan şəxslərə həvalə edilirsə, o zaman burada gözəllikdən və şəffaflıqdan söhbət gedə bilməz. Keçirilən müsabiqələrin qalibləri demək olar ki, zaman-zaman tamaşaçı qınağına məruz qalır. Kütlənin əksəriyyət qismi bu “gözəllərin” süni olduğunu iddia edərək, qalibiyyətin arxasında hər hansı şəxs və ya şəxslərin dayandığını düşünür. Necə deyərlər, “Xalqın gözü tərəzidir”. Həmin qızlar qalibiyyət əldə etsə belə, ictimai qınaq öz sözünü deyir. Bəs bu cür saxta yarışların aradan qaldırılması, hamı tərəfindən qəbul edilən prestijli,vahid bir müsabiqənin təşkili mümkündürmü? Ümumilikdə hər yoldan ötənin gözəllik yarışması keçirməsi qanunazidd hal deyil ki?

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun sözlərinə görə, belə müsabiqələrin keçirilməsi yalnış deyil:

“Demokratik ölkə olduğumuz üçün istər fərdi şəxslərin, istərsə də hər hansı təşkilatların belə müsabiqələr təşkil etməsi normal haldır. Kütlənin marağı var ki, bu cür yarışmalar keçirilir,insanlar iştirak edir. Qanunvericilikdə belə yarışların keçirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət və ya qadağa yoxdur”.

Tanınmış modelyer-dizayner Gülnarə Xəlilova isə bildirir ki, ölkədə vahid,prestijli bir müsabiqənin təşkili yaxşı olardı:

““Mr”,  “Mrs”,  “Top model” adı altında tez-tez gözəllik müsabiqələrinin həyata keçirildiyinin  şahidi oluruq. Onu qeyd edim ki, gözəllik müsabiqələrində çox ehtiyyatlı və diqqətli olmaq lazımdır. Çünki gözəllikdən söhbət gedirsə, bir xanımın həm xarici görünüşü, həm bacarıqları,  eyni zamanada, dünyagörüşü əsas götürülməlidir. Gözəllik dedikdə, yalnız sima nəzərdə tutulmur. Əvvəllər də gözəllik müsabiqələri təşkil edildikdə  xanımın xarici görünüşü ilə bərabər,  daxili aləmi, bacarıqları nəzərə alınırdı. Hazırda təşkil olunan müsabiqələrin nəticələri insanlarda şok effekti yaradır. Sosial şəbəkələrdə dəfələrlə qalib iştirakçının şəklini paylaşaraq, mənfi rəylərin yazıldığının şahidi oluruq. Bu da xoşagələn hal deyil. Düşünürəm ki, bu qədər sayca çox və hərtərəfli xüsusiyyətləri nəzərə almadan gözəllər seçməkdənsə, daha düzgün təşkil olunmuş müsabiqə keçirilsin və sadaladığım xüsusiyyətlər nəzərə alınsın”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?