Modern.az

Ermənistan ATƏT-ə Qarabağda araşdırma aparmağa icazə vermir 

Ermənistan ATƏT-ə Qarabağda araşdırma aparmağa icazə vermir 

Parlament

24 Aprel 2019, 15:10

Uzun illərdir ki, ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində heç bir araşdırma aparmır. Halbuki  Ermənistan Qarabağda  qanunsuz məskunlaşma  siyasətini davam etdirir.

 

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in faktaraşdırıcı missiyası 2005 və 2010-cu illərdə regiona 2 dəfə səfər edib.

 

“2005-ci  ildəki səfəri ATƏT-in əsas missiyası regionda qanunsuz məskunlaşma ilə bağlı idi. Bu missiyanın verdiyi  hesabatda Azərbaycanın iddia etdiyi faktlar öz təsdiqini tapıb. İkinci missiya 2010-cu ildə Dağlıq Qarabağ ətrafında ümumi vəziyyətlə bağlı olub. Bu missiyanın səfəri burada təbii ehtiyatlardan qanunsuz istifadəetmə, mülkiyyət hüquqlarının pozulması və bütövlükdə Dağlıq Qarabağ regionunda separatçıların qanunsuz hakimiyyətinin bölgənin maddi rifahına vurduğu ciddi ziyanla bağlı idi. Bu faktlar yenə öz təsdiqini tapıb”.

 

T.Mirkişili faktaraşdırıcı missiyasının işinə Ermənistan tərəfindən edilən maneədən də söz açıb.

 

“Ötən müddət ərzində  Azərbaycan dəfələrlə  məsələni qaldırsa da, bu günə qədər Ermənistan hakimiyyəti, işğalçı rejim Dağlıq Qarabağa ATƏT-in faktaraşdırıcı missiyasının səfər etməsinə mane olur. Bu maneolma bu günə qədər davam edir. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bu məsələni qaldırır, xarici işlər nazirləri  arasında da bu məsələ gündəmə gətirilir. Ancaq nəticə qənaətbəşx olmayıb.  Ümid edirik ki,  Ermənistan hakimiyyəti ATƏT-in faktaraşdırıcı missiyasının regiona səfərinə imkan verəcək. Çünki bu missiyanın əsas məqsədi mümkün olan faktları ortaya çıxarmaqdır.

 

Eyni zamanda qanunsuz faktların aradan qaldırılması ilə bağlı ATƏT-in üzv ölkələrinə verdiyi  hesabatın nəticəsində Azərbaycanın qaldırdığı məsələlərin həllinə yardım etməkdən ibarətdir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı