Modern.az

“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO  

“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO  

24 Aprel 2019, 17:39

Aprelin 24-də Nizami Kino Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Diaspor Könüllüləri” proqramının təqdimatı keçirilib.

 

Modern.az-ın məlumatına görə, Komitə ilk dəfədir ki, belə bir proqrama start verib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycan Diaspor Könüllüləri” proqramının başlanmasının əhəmiyyətindən danışıb.

 

O, proqramın bütün dünyada Azərbaycan diaspor hərəkatının  güclənməsində mühüm rol oynayacağını bildirib.

 

Fuad Muradov yenicə fəaliyyətə başlayan proqrama gənclərin marağının çox böyük olduğunu vurğulayıb.

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarxın və “Diaspor Könüllüləri Proqramı”nın təqdimatı olub.

 

Təqdimat mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli və digər qonaqlar çıxış edib.

 

Dövlətin gənclər siyasətinin əsasının könüllülük fəaliyyətinin təbliği və təşviqi olduğunu bildirən Fərid Cəfərov gənclərə uğurlar arzulayıb. Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev isə bu gün könüllülk fəaliyyəti ilə məşğul olan gənclərin sabahın real kadrları olduğunu qeyd edib.

 

Sonda gənclər rəsmilərə suallarını ünvanlayıblar.

 

Qeyd edək ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına ümumilikdə 609 gənc müraciət edib.

 

Bunlardan 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir.

 

Proqram davamlıdır. Proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və s. haqqında ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı veriləcək.

 

Nəzrin Abdul

FOTO+VİDEO: İsmət Paşa

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər