Modern.az

Qar uçqununda ölən əsgərimiz DƏFN OLUNDU

Qar uçqununda ölən əsgərimiz DƏFN OLUNDU

25 Aprel 2019, 13:20

Martın əvvəlində qar uçqununa düşərək həlak olan hərbçimiz, 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlu bu gün dəfn olunub.  Modern.az xəbər verir ki, Daşkəsən dəki Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi izdihamla keçib. Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.  Aparılan axtarışlar nəticəsində öncə H.Abdullayevin nəşi tapılmış və  aprelin 14-də doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn olunmuşdu.  Məmmədov Fərrux Fərman oğlunun nəşi isə aprelin 23-də tapılmışdı..

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi