Modern.az

Ermənistandan Fransaya sərt tənqid və Sarkozinin 3 məqsədi...

Ermənistandan Fransaya sərt tənqid və Sarkozinin 3 məqsədi...

Dünya

29 Dekabr 2011, 17:10

Ermənistanın Regional Araştırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb etməni nəzərdə tutan sənədlə bağlı Fransanı sərt tənqid edib. Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  Riçard Kirakosyan bu qanunun qəbul edilməsində Sarkozinin maraqları olduğunu deyib.
O, qeyd edib ki, Fransa parlamentində qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb edilməni nəzərdə tutan qanunun qəbulu Türkiyənin Ermənistanla  münasibətlərinə də ciddi mənfi təsir göstərəcək.  

R. Kirakosyan qeyd edib ki, Fransa Mili Məclisinin belə bir qərar qəbul etməsinin arxasında üç səbəb dayanır.

1. Prezident Nikola Sarkozi yaxınlaşan prezident seçkiləri öncəsi ölkəsində yaşayan və siyasi baxımdan son dərəcə aktiv olan 500 min erməni əsilli Fransa vətəndaşının xalını almağa çalışır.

2. Rəsmi Paris qanun layihəsi ilə Ankaranı utandırmaq və Türkiyə hökümətinə zərər vermək istəyir. Bu şəkildə Türkiyənin Avropa Birliyinə qəbul olunmasını bir qədər də çətinləşdirmək niyyətindədir.

3. Qanun layihəsi erməni məsələsinə dəstəkdən əlavə, Fransanın beynəlxalq arenadakı prestijini və siyasi liderliyini gücləndirməyə xidmət edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu