Modern.az

Təhsil Mərkəzi gənclər üçün  3S proqramına start verdi - FOTO  

Təhsil Mərkəzi gənclər üçün  3S proqramına start verdi - FOTO  

Təhsil

27 Aprel 2019, 10:30

Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisi və Şirvan Gənclər Evinin birgə  təşkilatçılığı ilə vətəndaş cəmiyyətində könüllülərin iştirakının artırılması, gənclər arasında  sosial işin və sosial xidmətin təbliğinə hesablanmış 3S-“Social Service School” proqramının ilkin görüşü həyata keçirilib.

 

Mərkəzin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov layihənin açılış mərasimində bildirib ki, Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Bizim mərkəzdə bu yöndə illərdi ki, sosial yönümlü layihələr üzərində çalışır və fəaliyyət göstərir. “Social Service School” proqramını bitirən gənclər sosial işin dəyərləri və sosial xidmətlər sahəsi haqqında biliklərə yiyələnəcək və daha sonra Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF, ƏƏSMN-in birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində 3 aylıq təcrübə proqramına cəlb ediləcəklər.

 

Qeyd edək ki, 5 gün davam edəcək təlim proqramı GTM-in sosial işçiləri Asif Hacıyev və Turan Sadıqov tərəfindən tədris olunacaq. Gənclərə sosial iş mexanizmi  ilə yanaşı, şəxsi inkişaf, layihə yazılması və idarə olunması mövzularında təlimlər keçiriləcək. Təlim proqramını müvəffəqiyyətlə bitirən gənclər sertifikatlarla təltif olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu