Modern.az

Deputatlar hansı ziyarətgahlara gedirlər...

Deputatlar hansı ziyarətgahlara gedirlər...

Parlament

30 Aprel 2019, 10:34

Dini inancları əsas tutan insanlar tez-tez müqəddəs ziyarətgahlarda olurlar. İstər Azərbaycan daxilində, istərsə də xaricdə belə ziyarət ocaqlarının sayı çoxdur. Həmin ziyarətgahlara baş çəkənlər nəzir verir, qurban kəsir və s.
Bütün insanlar kimi, deputatları da belə ziyarətlçilər arasında görmək olar.
Maraqlıdır, onlar hansı dini ziyarətgahda olublar və ya planlarında belə yerlərə getmək varmı? Bu barədə Modern.az olaraq deputatlar arasında sorğu keçirdik.


Kamilə Əliyeva
: “Demək olar Bakıda yerləşən ziyarətgahların hamısında olmuşam. Bunların sırasında Mirmövsüm Ağa ziyarətgahı, Hökümə xanımın ziyarətgahı, Rəhimə xanım ziyarətgahının adını çəkə bilərəm. Ümumilikdə Maştağa, Bilgəh, Mərdəkan, Şüvəlan, Nardarandakı ziyarət ocaqlarında daha çox olmuşam.  Rayonların da əksəriyyətində müqəddəs ziyarətgahlar var. Hansı rayona yolum düşübsə, ordakı ziyarətgahlara baş çəkmişəm. Ölkə xaricində yerləşən hər hansı ziyarətgaha isə getmək hələ qismət olmayıb”.

 

Tahir Süleymanov: “Ölkədə bir çox ziyarətgahlara getmişəm. Azərbaycanda Mir Mövsüm Ağanın ziyarətində olmuşam. Bizim zonada “Xıdır Zində baba” ziyarətgahı var, demək olar hər il oranı ziyarət edirəm. Fransada “Notr Dam” kilsəsini bir neçə dəfə ziyarət etmişəm. Ümumiyyətlə, həm ölkə daxilində, həm xaricdə ziyarətgahlarda olmağı sevirəm”.

 

Vahid Əhmədov: “İraqda bütün imamların qəbrini ziyarət etmişəm. Kərbəlaya da ziyarət üçün getmişəm. Azərbaycanda isə “Mir Mövsüm Ağa”nın ziyarətində olmuşam. Bu il üçün hər hansı ziyarətgaha getmək planım isə hələ ki yoxdur”.

 

Ağacan Abiyev: “Ziyarətgahlara getməyə vaxtım olmur. Ölkə xaricində isə hər hansı turnir, oyunla əlaqədar oluram, ziyarət üçün yox. Vaxt məhdudiyyətinə görə isə hələ ki planda hər hansı ziyarətgaha getmək yoxdur”.

 

Eldar İbrahimov: “Ölkə daxilində ziyarətgahların əksəriyyətində olmuşam. “Mir Mövsüm Ağa”nı ziyarət etmişəm. Lakin ölkədən kənarda hər hansı bir ziyarətgaha getməmişəm”.

 

Fəzail Ağamalı “Ölkə xaricində adətən muzeylərdə oluram, ziyarətgahlara getmirəm. Ölkəmizdə isə bəzi müqəddəs ziyarətgahlarda olmuşam. Onların sırasında “Mir Mövsüm Ağa”nın həm ocağı, həm də dəfn olunduğu yeri ailəlikcə bir neçə dəfə ziyarət etmişik. Qarabağda məşhur “Seyid Mürşid Ağa” ocağı var, ora da ailə üzvlərimlə ziyarətə getmişəm. Uşaq vaxtı kəndimizin güney və qərbində iki pir var idi.  Birinin adı  Hərəmlər idi. Hər iki pirə valideynlərim ildə bir dəfə ziyarət etməyə aparırdı”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir