Modern.az

Bu gündən avtomobillərdə pərdədən istifadəyə icazə verilir

Bu gündən avtomobillərdə pərdədən istifadəyə icazə verilir

1 May 2019, 07:52

Bu gündən avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan  jalüzlərdən istifadə etməyə icazə verilir. 

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a bildirilib ki, bu icazə mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə davam edəcək.

Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.

Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu