Modern.az

Qazla bağlı limitin artırılması 650 min abunəçini əhatə edəcək

Qazla bağlı limitin artırılması 650 min abunəçini əhatə edəcək

İqtisadiyyat

30 Aprel 2019, 20:53

“Tarif Şurası əhalinin istehlak etdiyi mavi yanacaq limitini illik 1.7 min kubmetrdən 2.2 min kubmetrə çatdırdı”. Bu barədə Modern.az-a danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, hökimətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək:

 

"Bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında apardığımız sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir.

 

Mənizlin sahəsi 100 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir.    

 

Rəsmi məlumatdan aydın olur ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kebmetr intervalındadır".

 

Ekspert qeyd edib ki, hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçsisi var:

"Bu rəqəmlərdən çıxış etsək, deməli indən sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30%-i 2.2 min illk qaz istehlak edir.

Bütün abunəçilərin 56%-i (1.2 mln.) illk 1.7 min kubmetrdən az qaz istehlak edir.

Statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunal xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir.

Məlumat üçün deyim ki, Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kubmetrdir. Tarif Şurasının məlumatın görə isə, hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 mln. təşkil edir.

Nəticə çıxarmaq və araşdırmaçılar üçün çox yaxşı faktlardır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?