Modern.az

Ekspertdən sərt TƏNQİD: “Təhsildəki bütün anlaşılmazlıqlar kurikulumlardan sonra başladı”

Ekspertdən sərt TƏNQİD: “Təhsildəki bütün anlaşılmazlıqlar kurikulumlardan sonra başladı”

Təhsil

1 May 2019, 07:44

“Orta məktəblərimiz poliqonu xatırladır. Məncə bütün anlaşılmazlıqlar Dünya Bankının vəsaiti hesabına hazırlanmış kurikulumlardan sonra başladı. Bu sənəd hələ də mistik bir alət kimi qalmaqdadır. Kurikulumlar məktəblə cəmiyyət arasında qarşıdurma yaratdı”.

Modern.az-ın məlumatına görə, bu fikirləri təhsil eksperti Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, yeni kurikulumların tətbiqi ilə bağlı keçirilən qəbul imtahanlarının nəticələrinin təhlilindən sonra bizə yaxşı heç nə vəd edilmir:

“Sanki hamı yorulub. Orta məktəbləri inkişaf etmiş ölkələrdə uşaqların təhsilinə cavabdehlik daşıyan müəllimlər, məktəb rəhbərliyi və valideynlərin məktəbə münasibətində müəyyən harmoniya mövcuddur. Bizdə harmoniya pozulub. Qınaq obyekti Təhsil Nazirliyidir. Ali təhsil tamamilə yaddan çıxıb. Tələbə qəbulundan sonra orta məktəblərdəki gərginlik bir qədər səngiyir. Tədris ilinin sonuna yaxın isə gərginlik pik həddinə çatır. Tərbiyə paradiqması tamamilə unudulub. Məktəblərin normal ahəngdə işləmisi üçün bu paradiqma tədrislə qoşa qanad təşkil etməlidir. Məktəbə gətirilən istənilən yeni qaydalar ajiotaja səbəb olur. Dinin tədrisi ideyasını da buna misal göstərmək olar. Bütün bunlar onu göstərir ki, məktəbi kənar təsirlərdən, dezinformasiyalardan qorumaq lazımdır. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə vardır. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı