Modern.az

Nazir ölüm hadisəsi olan məktəbin direktorunu işdən çıxardı, müavinə töhmət verdi

Nazir ölüm hadisəsi olan məktəbin direktorunu işdən çıxardı, müavinə töhmət verdi

1 May 2019, 11:05

Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xatırladaq ki, bu il fevralın 21-də 123 nömrəli tam orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi İlkin Mehman oğlu Lətifov yıxılıb. Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Lətifov Novruz bayramı ərəfəsində - martın 15-də vəfat edib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Bildirilib ki, şagirdin daxili orqanlarında qanaxma olub.

Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir