Modern.az

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasında məsələ qaldıracaq

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasında məsələ qaldıracaq

Parlament

2 May 2019, 10:42

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti iyulun 4-7-də Lüksemburqda keçiriləcək qurumun 28-ci yay sessiyasında  iştirak edəcək. 

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT PA-kı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.

 

Onun sözlərinə görə, müzakirə olunacaq məsələlər bəllidir.

 

“ATƏT-in yay sessiyasının əsas mövzusu dayanıqlı iqtisadi-inkişafa nail olmaqla təhlükəsizliyi daha da möhkəmləndirməklə bağlıdır. Bizim regionda isə tamam tərs proses  gedir. Təhlükəsizliyin pozulması dayanıqlı iqtidadi-inkişafa çox böyük maneə yaradır. Azərbaycan nümayəndə heyəti olaraq hazırlaşırıq ki, hər zaman olduğu kimi digər məsələlərlə yanaşı, bölgədə Ermənistanın işğalçı siyasətinin və işğal faktının bütünlükdə regionun iqtisadiyyatına mane olduğunu bildirək. Bu iqtisadi inkişafa maneə ayrı-ayrı xalqların -Ermənistan, Gürcüstan və Azərbaycan - bütövlükdə dayanıqlı inkişafında ciddi maneələrin yaradır. Son nəticədə bu məsələnin insanların rifah halına ciddi neqativ təsir etdiyini deyib məsələni qaldıracağıq”.

 

Deputatın fikrincə, Azərbaycan regionda yeganə ölkədir ki, dayanıqlı iqtisadiyyata malik olmaq üçün müxtəlif layihələr həyata keçirir.

 

“Beynəlxalq nəqliyyat dəhlizini həyata keçirməklə, müxtəlif ölkələri birləşdirən İpək Yolu layihəsinin Azərbaycandan keçməsi böyük hadisədir. Bu da çox önəmlidir. Ermənistan regionda yeganə ölkədir ki, bütövlükdə bu layihələrin əksinə çıxır və onların həyata keçməməsi üçün işğal faktını saxlayır. Ona görə də ATƏT-in yay sessiyasında bu məsələni bir daha qaldıracağıq”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır