Modern.az

2012-ci ilin ən bahalı avtomobilləri – Modellər

2012-ci ilin ən bahalı avtomobilləri – Modellər

4 Yanvar 2012, 10:35

Bir çox insanın xəyallarını bəzəyən 2012-ci iln bahalı avtomobil modelləri sərgilərə çıxarılıb. “Forbes”  jurnalının xəbərinə görə, 2012-ci ilin ən bahalı avtomobillərinin aşağıdakılar oluduğu müəyyənləşib:

Koenigsegg Agera R:


İsveç istehsalı olan avtomobil 5 litrlik V8 mühərrikiylə 1115 hp gücə malikdir. 100 kilometr sürəti 2,9 saniyədə yığan avtomobilin qiyməti 1,7 milyon dollardır.

Pagani Huayra:


İtaliya mənşəli bu avtomobil Mersedes-Benz istehsalı olan V12 mühərrikiylə 700 hp gücündədir. 100 kilometr sürətə 3,5 saniyədə çata bilən avtomobilin qiyməti 1,3 milyon dollardır.

Aston Martın Ona-77:


İngilislərin buraxdığı avtomobildə 750 hp gücə sahib 7,3 litr V12 mühərrikki var. 100 kilometrə 3,7 saniyədə çatan avtomobil 1,4 milyon dollardan satılır.

Zenvo ST1:


Danimarka mənşəli avtomobil V8 mühərriklə 1,250 hp güc çıxararkən, 100 kilometrə 2,9 saniyədə çatır. Avtomobilin qiyməti 1,8 milyon dollardır.

Bugatti Veyron Supersport:


Fransız markalı avtomobildə 16 silindrli V8 mühərriklə 1,200 hp güc yığa bilərsiniz. 100 kilometr sürətə 2,4 saniyədə çatan avtomobilin qiyməti 2,6 milyon dollardır.

Ferrari 599XXC:


İtaliya mənşəli avtomobil V12 mühərriklə 700 hp gücə sahibdir. 100 kilometr sürəti isə 2,9 saniyədə yığan avtomobilin qiyməti 2 milyon dolardan çoxdur.

Hennessey Venom GT:


Mənşəyi Amerika olan avtomobildə 6,2 litrlik V8 mühərriki var. 100 kilometr sürətə 2,5 saniyədə çata bilən avtomobilin 1,200 hp gücü var. Onun qiyməti 1 milyon dollardan başlayır.

2012 SSC Tuatara:


Amerikan malı olan avtomobildəki 6,8 litrlik V8 mühərriklə 1,350 hp gücə çata bilərsiniz. 100 kilometr sürətə 2,5 saniyədə çıxa bilən avtomobilin təxmini qiyməti 970 min dollar olacaq.

Maybach Landaulet:


Almaniya mənşəli avtomobil 12 silindrli mühərriklə 620 hp güc çıxarır. 100 kilometr sürətə 5,2 saniyədə çatan avtomobilin qiyməti isə 1,4 milyon dollardır.

Porsche 918 Spyder:


Alman malı olan avtomobil 3,4 litrlik V8 mühərrikiylə 500 hp güc çıxararkən, 3 elektrik mühərriki də 218 hp güc çıxarır. 100 kilometr sürətə 3,1 saniyədə çatan avtomobilin qiyməti 845 min dollardır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır