Modern.az

Dünya kinosunun ən prestijli mükafatı – “Oskar” haqda maraqlı FAKTLAR

Dünya kinosunun ən prestijli mükafatı – “Oskar” haqda maraqlı FAKTLAR

3 May 2019, 14:32

Kinematoqrafiya Sənət və Elm Akademiyasının təsis etdiyi “Oskar” mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun “Roosevelt” otelində təqdim olunub.

İlk vaxtlar mükafatın təqtimatı canlı yayımlanmasa da 1953-cü ildən televiziya ilə də göstərilməyə başlayıb. Mükafatın “Oskar” adlandırılması barədə bir çox məlumat var, amma əksər mənbələrdə akademiyanın  direktoru Marqarit Herriklə əlaqəli olduğu bildirillir. O, fiquru ilk dəfə gördükdə bele deyir: ”Bu fiqur mənə necə də dayım Oskarı xatırladır”.Oskarın təqdimetmə mərasimi hər il Amerikaya 700 milyon dollar gəlir gətirir. Belə ki, təxminən həmin ərəfədə 10 000 insana yeni iş yeri açılır.

 

Heykəlin hündürlüyü 34 sm, podiumun diametri 13 sm, çəkisi isə 3,8 kq-dır. Əridilmiş qalayla qurğuşun xüsusi qəlibə tökülür. Sonra cilalama prosesi aparılır. Bu arada fiqurun ən cəlbedici yeri onun gözləri sayılır. Belə ki, əgər şırımlar lazım olduğundan dərin olarsa, “Oskar” cilalandığı zaman sına bilər. Sınan heykəllər yenidən əridilməyə qaytarılır. Cilalanan heykəllərə qalvanik örtüklər çəkilir. Bundan sonra ardıcıl olaraq üzərinə mis, nikel və gümüş çəkilir. Son mərhələdə isə heykəlin üzərinə 24 qram qızıl örtük çəkilir.

 

Ən yaxşı kişi roluna mükafatın ilk qalibi "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə Emil Yanniqs olub. Birinci mərasimin ilk namizədləri arasında "Sirk filmi ilə Çarli Çaplin də olub, lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanıb.


Akademiyanın təxminən 6000 üzvü var. Onlardan səsvermə hüququna isə yalnız 15 heyət malik olur. Bunun böyük hissəsini aktyor heyəti təşkil edir. Hər bir heyət öz kateqoriyasına səs verərək ən yaxşı aktyor və ya aktrisaya səs verir.

Akademiyanın bütün üzvləri yalnız bir kateqoriyada, o da "Ən yaxşı film üçün" səs verirlər. Mükafata layiq təqdim olunan işlər  40 dəqiqədən az olmamalı və bu formada çəkilməlidir: 1. "Ən yaxşı sənədli film", 2. “Xarici dildə ən yaxşı film”, 3. "Ən yaxşı qrim", 4. "Ən yaxşı qısametrajlı film", 5. "Ən yaxşı səs montajı", 6. "Ən xüsusi effekt" nominasiyalarında namizəd və qalibləri seçmək üçün Akademiyadan kənar xüsusi səsvermə dəstəsi hazırlanır.

"Ən yaxşı film"ə görə başqa mükafatları rejissor və prodüser aldığı halda, "Ən yaxşı film"ə görə Oskarı yalnız prodüserlər alırlar.

Ən çox “Oskar” mükafatını “Həvva barədə hər şey” və “Titanik” filmləri alıb. Hər iki film 14 dəfə “Oskar”a layiq görülüb. Hal-hazırda namizədlərə verilən səslər “Price Waterhouse Coopers” şirkətinin auditoriya mütəxəssisləri tərəfindən hesablanır. Üç gün davam edən hesablama tam məxfi şəraitdə aparılır. Mükafat təqdim olunana qədər namizədlərin adı yalnız “Price Waterhouse Coopers” ekspertlərinə məlum olur. Hətta köməkçilər yekun hesablamaya qədər ekspertlərin yanına buraxılmır. Hər kateqoriyanın qalibləri müəyyən edildikdən sonra sənətçinin ad və soyadı səhnədə çap olunan xüsusi kağıza yazılaraq zərfin içinə qoyulur. “Price Waterhouse Coopers” şirkətinin əməkdaşları bu zərfdən iki dəst hazırlayaraq xüsusi çantalara qoyurlar. Mükafat təqdim olunduğu zaman hər iki çanta müxtəlif marşrut və müxtəlif zamanlarda mərasimin keçirildiyi yerə gətirilir və tam məxfi olaraq saxlanılır.

 

Rejissorlardan isə bu rekord göstərici Con Forda məxsusdur (4 dəfə). “Oskar” tarixində yalnız aktyorlar Tom Henks və Spenser Treysi iki il ardıcıl mükafata layiq görülüblər. Tom Henks 1993-cü ildə “Filadelfiya”, 1994-cü ildə “Forrest Qamp” filimlərinə görə, Spenser Treysi isə 1937-ci ildə “Cəsur kapitanlar” və 1938-ci ildə “Cavan oğlanlar şəhəri” filmlərinə görə “Oskar” mükafatı alırlar.
Məşhur gülüş ustası, kinoaktyor Bob Houp 18 dəfə “Oskar” mükafatının təqdimetmə mərasimini apararaq rekord göstərib.

 

Bu vaxta qədər yalnız üç film  beş nominasiyada “Oskar”a  layiq görülərək “Oskarın böyük beşliyi”nə düşüb. Bu, “Bu bir dəfə axşamçağı baş verdi”(1934), “Ququ quşunun yuvasının üzərindən uçuş”(1975) və “Quzuların sükutu”(1991) filimləridir.

 

70 il ərzində təqdimetmə mərasimi martın sonunda, aprelin əvvəllərində keçirilsə də 2004-cü ildən fevralın sonu, martın əvvəllərində keçirilir.

Bu vaxta qədər ən çox “Oskar” mükafatına “Uolt Disney” şirkəti layiq görülüb. İlk “Oskar”ını 1932-ci ildə “Mikki  Mouse” cizgi filminə görə alıb. Bundan sonra şirkət demək olar ki, hər il mükafata layiq görülür. Bu vaxta  qədər şirkət 59 dəfə mükafata namizəd olsa da 26 dəfə ona sahib ola bilib.

1950-ci ildən “Oskar” mükafatına layiq görülən aktyor və ya aktrisa onu bir milyondan ucuz qiymətə sata bilməz.     

 

Qeyd edək ki, Azərbaycanlı Timur Oduşev 2010-cu ildə “Oskar” mükafatı alıb. O, 32-ci "hollivudun gənc istedadları" mükafatına layiq görülüb. Aktyor mükafatı “Sahə” adlı filmdə oynadığı rola görə alıb.

 

 

 

 

 

 

 

“Oskar mükafatı” Amerika və dünya kinomateqrofiyasının ən nüfuzlu və möhtəşəm mükafatıdır. Dünyaca məhşur aktyor və aktrisa vardır ki, bu sahədə çox uğur qazanıblar, amma bu mükafatı qazana bilmədikləri üçün bu gündə çox məyusdurlar. Bunlardan bəziləri:

Silvestr Stallone

"Rembo", "Rokki" filmlərinə görə dünya şöhrəti qazanıb. 2019-cı ilin iyulunda Stallone 73 yaşını tamamlayacaq. "Ən yaxşı aktyor" kimi "Oskar"a iki dəfə təqdim olunsa da, mükafatı qazana bilməyib.

 Arnold Şvarsenegger

"Terminator" filmi ilə milyonların sevimlisinə çevrilmiş aktyor niyə "Oskar"a layiq görülməyib? Arnoldun özünün "Oskar"a marağa olmayıb. Bir dəfə də "Oskar"a təqdim olunmaq istəməyib. Onun üçün qubernator olmaq "Oskar" almaqdan daha maraqlı olub.

 Brus Uillis

"Məğlubedilməz" filmi ilə tanıyırıq. Bir çox filmlərin uğurlu aktyoru olsa da "Oskar" almaq şansı Arnold Şvarsenegger və Silvestr Stallonenin yanında çox azdır.

 Cim Kerri

"Maska", "Truman şousu", "Batman forever" filmləri ilə məşhurdur. "Truman şousu"ndakı rolunu yüksək qiymətləndirmiş və aktyora "Qızıl qlobus" mükafatı vermişdilər. Ancaq "Oskar" deyəndə axan sular durur. Cim Kerri bir dəfə də olsun bu mükafata təqdim olunmayıb. 

Conni Dep

"Karib dənizinin quldurları" filmindəki roluna görə "Oskar"a təqdim edilmişdi. Düzdü, rolunu yaxşı ifa etmişdi, ancaq mükafat üçün bu yetərli deyildi. Ondan sonra daha iki filmə görə Oskara təqdim olundu, amma şans yenə üzünə gülmədi. 

Bill Mürrey

Kino üçün böyük işlər görüb. Həm aktyor kimi, həm rejissor kimi, həm ssenarist, həm də prodüser kimi... "Köstəbək günü" filimindəki möhtəşəm roluna görə "Oskar"a təqdim edilib, ancaq mükafat ona verilməyib.

 

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu