Modern.az

Diş ağrısına görə də təcili yardım çağırmaq olar, amma…

Diş ağrısına görə də təcili yardım çağırmaq olar, amma…

Reportaj

3 May 2019, 15:17

Azərbaycandakı səhiyyə sistemindən ümumi bir narazılıq var. Bu narazılıq təcili tibbi yardımların çağırışı ilə baglı da tez-tez ifadə olunur. Təcili yardım maşınlarının gecikməsi narazılıqların arasında xüsusi yer tutur. Təbii ki, təcili tibbi yardım stansiyası da bu şikayətlərə cavab verir və onlarla razılaşmır, vətəndaşların bəzən hətta baş ağrısı zamanı belə təcili yardım çağırmasından narazılıq edir.  

Bu gün mən Türkiyədə təcili tibbi yardım xidmətindən yazacam. Vətəndaşlar nə zaman ambulans çağıra bilər və bu xidmətin onlara hansı hallarda verilməsinə icazə var?

Türkiyədə “112 Acil Sağlıq” xidməti  infarkt keçirmə, qan şəkərinin yüksəlməsi nəticəsində komaya düşmə, nəfəs alarkən boğulma,  beyin qanaması keçirmə, intihara cəhd etmə, epilepsiya  xəstəliyi zamanı ağır duruma düşmə, hansısa silahla yaralanma hallarında, zəlzələ və təbii fəlakətlərdə, yol qəzalarında çağırıla bilər.

Zəhərlənmə halında isə 114 saylı xidmət var. O xidmətə zəng olunarkən, ilkin yardım istəyi dinlənilir, gərəkən halda ambulans göndərilir.  Qrip, baş ağrışı, qızdırma, qusma, günlük təzyiq yüksəlməsi və buna bənzər xəstəliklərdə vətəndaşlar təcili tibbi yardım çağıra bilməzlər.  

Əgər vətəndaşlar belə bir xidmət istəyərsə, özəl təcili tibbi yardım xidmətləri var, ondan istifadə etməlidir.

Türkiyədə təcili tibbi yardım həkimi uzman doktor Öndər Limon Modern.az-a deyib ki, bütün xəstəxanların “Acil” şöbələri var və onlar 24 saat saat xidmət göstərir.

"Dövlət xəstəxanalarında bu xidmətlər sığortaya daxildir və sığortanın qarşıladığı bütün müalicədən yararlanırlar. Amma bəzən vətəndaşlar bəzi detalları bilmir və hər xəstəlik üçün təcili tibbi yardım çağırır. Belə adamlar xidmət edən presonalımızın suallarını düzgün cavablandırmır. Xəstənin yaşı, kimlik nömrəsi və s. kimi suallarda – “adam ölür, siz nə soruşursunuz” deyirlər. Bunlar çox yalnış reaksiyalardı. Xəstənin yaşını, öncə keçirdiyi xəstəliyi soruşanlar yardıma gələn həkimlər deyil, xidmətdəki işçilərdi. Onlar məlumatı alaraq yolda olan həkimlərə ötürürlər".

Uzman doktor deyir ki,  əgər vətəndaşlar hər istədikləri zaman təcili tibbi yardımın zamanında gəlməsini istəyirsə, o zaman özəl xidmətdən istifadə etsinlər:

"Pullu xidmətlər var, yaşadığımız şəhərin hər yerinin kilometrinə və xidmətinə görə qiymətləri var. Əgər vətəndaşlar baş, diş ağrısına görə tibbi yardım çağıracaqlarsa, başqalarının haqqına girməyəcək, özəl xidmətdən istifadə edəcək".

Doktor Öndər Limon bir maraqlı məsələyə də toxunub. Təcili tibbi yardım sadəcə istisna hal olaraq sevgilisindən ayrılmış gənclərə gedə bilər:

"Bu əslində istisna haldır. Deyəcəksiniz ki, niyə sevgilisindən ayrılan gəncə? Bu, bütün sevgilisindən ayrılanlara aid deyil təbii ki... Sadəcə, bu dönəmdə kriz keçirən, bilincsiz hərəkət edən və ya özünə zərər vermək istəyənlərə aiddir". 


Məhsəti Şərif,
İstanbul

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?