Modern.az

Misir Mərdanov Əli İnsanovu biabır etdi: “Bu yaramaz əməllərdən...” - VİDEO

Misir Mərdanov Əli İnsanovu biabır etdi: “Bu yaramaz əməllərdən...” - VİDEO

Reportaj

3 May 2019, 18:17

Sabiq təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsaovla bağlı video çıxış yayıb. M.Mərdanov Ə.İnsanovun "Amerikanın səsi" radiosuna son müsahibəsində söylədiyi fikirlərə olduqca sərt formada münasibət bildirib. 

Modern.az xəbər verir ki, M.Mərdanov eks-səhiyyə nazirini müxalifət düşərgəsinə qoşulmaqdan çəkinməyə çağırıb:

“Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə məsləhətləşib, iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi, Əli İnsanov? Hələ ki, gec deyil, bu yaramaz əməllərdən çəkinmək lazımdır. 73 yaşında olan bir insan nəvələri, nəticələri ilə məşğul olsun. Sən təzədən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan da, heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, cənab prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra vaxtilə sənə çörək vermiş, səni nazir etmiş Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun məzarı qarşısında diz çöküb üzr istəyərdin, deyərdin məni bağışla. Onda camaat səni başa düşərdi”.

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir