Modern.az

Şimali Kiprdə önəmli media müzakirəsi - FOTOLAR  

Şimali Kiprdə önəmli media müzakirəsi - FOTOLAR  

Media

4 May 2019, 20:41

“Bu gün əhəmiyyətli bir hadisə ilə bağlı bir aradayıq. Beynəlxalq Jurnalistlər Şurası ilk növbədə Vətənimizin ayrılmaz bir hissəsi olan Kiprdə yeni fəaliyyətinə start verir. Türkiyədə 400-dən çox jurnalistika, media, mətbuat, informasiya təşkilatı olduğu bildirilir. Bir çox başqa sektorda olduğu kimi, biz də inflyasiya halına gələn bir proses yaşayırıq. Lakin Beynəlxalq Jurnalistlər Şurası tamam fərqli bir qurum olacaq. Təşkilat Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən və ölkə başçısının tövsiyyəsi ilə yaradılan bir qurumdur. Türkiyənin  xarici işlər naziri Mövlud Çavusoğlunun da bu toplantıya qatılması xüsusi əhəmiyyət daşıyır”.

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində keçirilən Beynəlxalq Jurnalistlər Şurasının toplantısında çıxış edən Şuranın yaradıcısı Mehmet Ali Dim bildirib.

 

Təşkilat sədri qeyd edib ki, Beynəlxalq Jurnalistlər Şurası Türkiyədə ilk dəfə yerli və xarici media nümayəndələrini bir arada birləşdirən bir qurum olacaq: “Biz bir ilkə imza atırıq. Bu ilk görüşümüz də Şimali Kipr Türk Cümhuriyyətində keçirilir. Amma toplantıda Azərbaycandan,  Türkiyənin bir çox şəhərlərindən gələn qonaqlarımız var. Bizi bir çox dəyərlər birləşdirir. Eyni zamanda 55-60 ildir qanayan ortaq bir acımız var. Biz də Şimali Kiprə nə kimi yardımımız ola biləcəyini müzakirə etmək üçün burdayıq”.

 

Tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavusoğlu Şimali Kipr türk xalqının iradəsini nəzərə almayan heç bir tələbin qəbuledilməz olduğunu vurğulayıb.

 

Qeyd edək ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin prüzidenti  Mustafa Akıncı, Türkiyənin xarici işlər Naziri Mövlud Çavuşoğlu, Şimali Kipr Türk Cümhuriyyətinin Məclis sədri Teberrüken Uluçay və digər rəsmi şəxslər qatılıb.

Tədbirdə Azərbaycandan Modern.az saytının rəhbəri Elşad Eyvazlı iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir