Modern.az

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 5 medal qazandı

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 5 medal qazandı

4 May 2019, 23:23

Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 

 

Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər.

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb.

 

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.

 

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?