Modern.az

Onlar bütün əngəlləri aşaraq xalçaçılıq sənətini yaşadır – VİDEOREPORTAJ

Onlar bütün əngəlləri aşaraq xalçaçılıq sənətini yaşadır – VİDEOREPORTAJ

5 May 2019, 11:19

2016-cı ildən bəri 5 May ölkəmizdə “Xalçaçı günü” kimi qeyd olunur. İncə ornamentləri, zərif və nəfis naxışları ilə göz oxşayan Azərbaycan xalçaları 2010-cu ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxildir.

Qədim xalq sənətinin yaşadılmasına fiziki məhdudiyyətli gənclərin də öz töhfəsi var. Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində xalçaçılıq peşəsinin sirləri öyrənilir.

Əsasən Quba-Şirvan, Qarabağ xalçalarına üstünlük verilsə də, mərkəzdə müxtəlif kompozisiya quruluşuna malik, zəngin ornamentli digər xalça növlərinin hazırlanması da tədris olunur.

Mərkəzdə xalçaçılıq peşəsini öyrənənlər arasında nitq məhdudiyyətli, görmə qabiliyyəti zəif, serebral iflic diaqnozlu, mental əlilliyi olan gənclər də var. Xalçaçılıq peşəsinin çətin olmasına baxmayaraq bu gənclər böyük həvəslə, əzmlə qədim xalq sənətimizi öyrənirlər.

 

Modern.az-ın əməkdaşlarının Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən reportajını təqdim edirik: 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı