Modern.az

Moskva xatirələri - VIII HİSSƏ

Moskva xatirələri - VIII HİSSƏ

Ədəbi̇yyat

5 May 2019, 17:33

Cəlaləddin Qasımov


Əvvəli burada -
//modern.az/az/news/199151


Sərxoş olduğumdan danışığımı bilmirdim. Atama düzünü dedim:

- 1984-cü ildə MİU-dan qovublar. Mən 1985-ci ildə MADİ-yə qəbul olunmuşam. Oradan da məni qovdular. İndi fərq imtahanları verib ikinci kursa qəbul olunacağam.

Atam heç nə demədi. Sakitcə üzümə baxırdı. Amma onun gözlərini görəndə bir andaca ayıldım. O, sakitcə durub həyətə çıxdı.


Səhər açıldı. Mən də araq içməyi bacarmırdım. Bir də gördüm ki, anam məni oyadır ki, dur, atan səni çağırır. Həyətə düşəndə gördüm ki, Gəncə aeroportunun rəisi Ələddinin maşını dayanıb.

Atam:

- Təcili əynini geyin, gəl.

Əynimi dəyişərək atama yaxınlaşdım. Mənə heç nə demedi. Aeroportun rəisinin sürücüsünə dedi ki, - təyyarəyə mindirib Moskvaya yola salırsan, - üzünü mənə tutub dedi:

- Sənədlərini institutdan alıb Bakıya gəlirsən. Çünki Bakıda oxuya­caq­­san, - deyib getdi. Sevinərək tez maşına minib hava limanına getdim. Lenanı gör­mə­yə gedəcəkdim. Amma fikirləşmirdim ki, Mosk­­vadan sənədlərimi alıb Bakıya gələcəm, Lenadan birdəfəlik uzaq­­laşacağam.

Təyyarə ilə Gəncədən Moskvaya getdim. Birbaşa MQU-­da Lenanın qrupuna getdim. O, auditoriyada yox idi. Tələbə yol­daş­­­ları dedi ki, Lena bir il kursada qalıb. Həmin kursda onu ax­tardım. Nəhayət tənəffüsdə Lenanı tapdım. Ona yaxınlaşdım. Bir an­lıq hər ikimiz yerimizdə donub qaldıq. Əllərim əsməyə başladı. Ürə­yim elə döyünürdü ki, cəsarət edib, onu qucaqlaya bilmədim. Sual vermək istədim, dodaqlarım bir-birinə yapışdı. Lena da mənim ki­mi olmuşdu. Ürəyinin döyüntüsünü hiss edirdim. O, mənim sala­mı­mı almadı. Başını aşağı salaraqotağa keçdi. Mən yerimdə do­na­raq qalmışdım.

Dərs bitənə qədər Lenanı gözlədim. Lena dərsdən çıx­dı. Yaxınlaşaraq onunla birlikdə addımlamağa başladım. Bir müd­­dət ona heç nə demədim. Biz xeyli addımlayaraq piyada Arbat pros­pektinə gəldik. Ordan da Lenagilin evinə piyada da getmək olar­­dı. Mən Lenanın könlünü almaq üçün bimirdim nə deyim, hardan başlayım? Danışa bilmirdim, susurdum.  Sözə Lena başladı:

- Eşidirəm, sən nə üçün gəlmisən?

-  Lena, mən səni sevdiyim üçün gəlmişəm. 

- Sən sevsəydin, keçən dəfə mənə yaxınlaşardın. Səni əsgər yola sal­mağa gələndə sən başını aşağı saldın. Heç elə bil məni tanıma­dın. Budurmu sənin sevgin?

- Dayımın yanında utandım. Bizim aramızda pərdə vardı. Bö­yük-kiçik münasibətləri. Ona görə sənə yaxınlaşa bilmədim.

Lena gülümsəyərək:

- Mən sənə inanım, deyirsən? Bəs onda sən mənim anama zəng vuraraq demisən ki, Lena məni bağışlasın. Anam səndən soruşanda demisən ki, özü başa düşəcək. Bəs buna sözün nədir? Sən mənim anama niyə demisən? Mənim özümə deyərdin. Məni bağışla! Biz ayrılırıq, deyə bilməzdin? Bircə demə mənim anam yalan danışıb.
O, mənə heç vaxt yalan danışmayıb. Bəs sən indi o sözdən sonra nə üçün gəlmisən?

- Mən sənə ona görə demişdim ki, məni bağışla, mən əsgər ge­dər­kən səninlə görüşə bilməmişdim. Dayımın yanında dayımdan utan­­dığım üçün demişdim. Səni sevdiyim üçün məni bağışla demişdim.

- Sən məni bir dəfə aldatmısan, ikinci dəfə aldatmağa calışma!
Məni inandırma! Bəs sən mənə iki ildə bir dəfə də zəng vurmadın. Məni soruşmadın ki, sağammı, ölmüşəmmi?

- Mən əsgərliyi Almaniyada keçirdim. Almaniyadan zəng vurmaq olmurdu.

- Mənə bir dənə də olsun məktub yazmamısan? Bəlkə, yazı yaza bilmirsən? Yenə mənə yalan danışaraq inandırmağa çalışma!

- Mən sənin evini tanıyıram. Mən sənin ünvanını, poçt ünvanını bilmirdim. Mənzil neçədir, bina neçədir. Mən sənə heç vaxt yalan deməmişəm. Mən səni sevirəm.

- Sən on gün bundan qabaq mənə zəng vurmuşdun ki, Moskvaya gə­lirəm. On gündü harda idin? Moskvada mənim kimi neçə qızı al­dat­mısan? On gün keçdikdən sonra məni görməyə gəlmisən. Məni sev­səydin, on gündən sonra yadına düşməzdim.

- Mən Almaniyada hərbi xidməti başa vurduqdan sonra təyyarəmiz Kros­nodara endi. Mən təyyarədən düşən kimi birbaşa Moskvaya bi­­let aldım. Birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən heç valideynlərimə də zəng vurmamışdım. Amma birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən də Bakıya gedəsi ol­dum. Bax, bu gün səhər tezdən Moskvaya gəlmişəm. Bu da bi­le­tim. Bir bax! Birbaşa da sənin yanına gəlmişəm. Mənim səndən baş­qa sevdiyim, görüşdüyüm qız yoxdu. Mən səni sevirəm. Mən sənə yalan danışmamışam.

- Mən fikirləşməliyəm. Sənə inanmaq istəyirəm də, istəmirəm də. Mə­nə vaxt ver.

- Mən səni dördüncü kursda axtarırdım. Sən üçüncü kursda qalmı­san. Nəsə problem olubmu?

Lena mənim yaxamdan tutaraq ağlaya-ağlaya dedi:

- Var. Problemin böyüyü sən olmusan. Mən bir ili şokda olmuşam. Sənsiz yaşaya bilmirdim. Özümü öldürmək istəyirdim. Bir il mən dərsə də getmirdim. Kursda qaldım. Həyatda hər kəsdən, hamıdan küsmüşdüm. Mən həyata yeni qayıtdım. Səni yeni unutduğum bir vaxtda sən yenə ortaya çıxaraq mənə deyirsən ki, problemin varmı? Amma özün məni problemin içinə soxmusan.

Bu sözlərdən sonra o, mənimlə sa­ğollaşmadan evlərinə getdi. Artıq onların binasına yaxınlasmış­dıq. Mən onların pəncərəsinin altında axşama qədər gözləməyə baş­ladım. Lenanın başına gələnləri düşünürdüm. Məni çox istədi­yi­ni, bir-birimizi başa düşməməyimizi...

Mən özümü günahlan­dı­rır­dım. Axşamüstü Lena həyətə düşdü. Onların evlərinin qabağında, TASS yaxınlığındakı parkda gəzişirdik. Mən ona heç nə deyə bil­mir­dim. Yenə dilim-ağzım elə qurumuşdu ki...

Lena mənə dedi:

- Bir ildi stresdəyəm. Yenicə stersdən çıxmışam. Mən psixoloqun müalicəsindən sonra səni unutmuşam. Unutmaq istəmişəm. Səni bir daha itirsəm yaşaya bilməyəcəm. Məni çox istəyirsənsə, həqiqətən də düz deyirsənsə, mənə bir cavab verərsən. Amma bu gün yox, sabah görüşəndə deyərsən.

- Sabaha qədər gözləyə bilmərəm. Səni sevirəm. Sevdiyim qıza gö­rə iki dəfə institutdan qovuldum. Onun yolunda hər şeyə ha­zıram.

O, mənimlə bir saata yaxın parkda gəzdi. Sonra getdi evlərinə.


Mən Lenadan ayrilandan sonra dayımgilə getdim. Dayıma dedim ki, atam mənim institutdan qovulduğumu bilib. Dayım əsəbiləşərək, - niyə demisən? Nə üçün? Mən sənə demişdim axı,  amma sən cən məni etmiştmıdin. Fərq imtahanlarını verib ikinci kursdan oxuyacaqsan.

- Sərxoş idim, bilmirəm, necə olub ki, danışmışam.

- Bəs indi niyə gəlmisən? Hələ bir aydan sonra fərq imtahanların baş­layacaq.

- Atam göndərib ki, get sənədlərini geri al! Sən Bakıda oxuya­caq­san! Mən isə Moskvada oxumaq istəyirəm.

Dayım atama zəng vurdu. O vaxt Bakıdan danışmaq asan idi. Bir saa­­­ta evlə danışmaq olurdu. Amma Azərbaycanın rayonlarına, To­vu­­za gecə saat on ikidən sonra danışmaq olurdu. Gecə saat biri keçmişdi ki, bizim sifariş qəbul olundu. Tovuza zəng getdi. Dayım atam­la danışmağa başladı. O, mənim institutda oxuduğumu bildi­rən­­də kəsirim olduğunu da dedi. O, qovulmayıb. Bir aydan sonra im­tahanları verərək ikinci kursda oxuyacaq.

Atam:

- Mənim oğlum MİU-ya qəbul olunmuşdu, MAD İnstitutuna deyil.

Dayım:

- Oğlunu MİU-dan MADİ-yə köçürüblər. Hər ikisi eyni institut­du, eyni fakültələrdi.

Dayım nə qədər elədisə, atam razılaşmadı. Bir saat telefonla da­nış­­dılar. Atam razılıq vermədi. Dedi ki, - institutdan qo­vulub. Bu orda nə işlə məşğul olur? Mənim niyə xəbərim yoxdu?


Dayım:

- Rus dilını bilmirdi, əsgərlikdə öyrənib. İndi rus dilini bilir.

Atam:

- Yox, olmaz! Bakıda oxuyacaq. Sənədlərini al ver, Bakı­ya yola sal. Səninlə Bakıda söhbət edəcəm. Daha sonraatam dəstəyi asdı.
 

Səhəri günü yenə dayım atamla bir saatdan çox danışdı... Xeyri ol­madı. Atamı yola gətirə bilmədi. “Yaxşı, yaxşı, yola salaram” – de­­diyini eşitdim. Sonra yenə zəng vurdu, nəsə danışdılar..

Sonradan bil­dim ki, dayım Moskvada hörmət-izzət sahibi olan, həm də qohu­mu­­muz akademik Saxrəddin Abbasova məsələni danışıb. O, da ata­ma zəng edib ki, MADİ yaxşı, nüfuzlu institutdur, qoy oxusun. Atam ona da razılıq verməyib. Moskva kitabım da belə bağlandı.

Mən ayda iki-üç dəfə Saxradingilə gedirdim. O, da mənim dərs­lə­rim­­lə maraqlanırdı. Mənimlə tez-tez zəngləşirdi. İnstitutdan qovul­du­­ğu­ma görə, atam onu da günahlandırmışdı. Mən isə ona da yalandan de­yirdim ki, dərslərim yaxşı gedir. Heç bir problemim yoxdu. Ata­mın ən yaxın dostu, həm də qohumu idi. O, da məni danladı ki, - indi ata­na nə cavab verəcəyik?

Əslində isə mə­nim institutdan qovulmağımın səbəbini heç kimsə bilmirdi.

Dayım mənə dedi:

- Bir aydan sonra fərq imtahanlarını verərək, ikin­ci kursda oxuya­caq­­san. Sənin sənədlərini institutdan geri al­mayacam. Bir ay vaxtın var, istəyirsən, Moskvada qal, istəyir­sən­sə, get bir aydan sonra gələrsən.

Cəld dayıma dedim:

- Mən Moskvada oxumaq istəyirəm. 

Dayım:

- Moskvada oxumaq istəyirdinsə, sakit olardın. Özün bilirsən ata­nın xasiyyətini. Dediyindən dönən deyil. İndi kim onu sakit­ləş­di­rəcək? Razı sala biləcəksən?

Mən səhəri günü Lenayla görüşdüm. Lena mənə qarşı bir az də­yiş­miş­di. Biz onunla Tverskoy küçəsindən Krasnı Ploşad tərəfə ge­dir­dik. Lena mənə:

- Sənə verdiyim sualı cavablandırmağa hələ tələsmə, fikirləş. Mən bir gün yox, bir ay da gözləyərəm, bir il də gözləyərəm, amma tələsmə, - dedi.

- Yox, mən səni bir dəqiqə də gözlətməyərək deyirəm ki, həyatım­da səndən başqa sevdiyim qadın olmayıb. Bir tək səni sevmişəm, səni də həmişə sevəcəyəm, - həyəcanla söylədim.

- Mənim də həyatda ilk görüşdüyüm, sevdiyim sən olmusan! Sən­dən başqası olmayıb. Mən hələ bu barədə fikirləşməliyəm. Mə­nim üçün çətindir, çox çətindir. Səni ikinci dəfə itirsəm, mənim so­num deməkdir. Amma sənin? Bu gün kefin yoxdu, mənim bil­mə­di­yim nəsə varmı?

Rayonda olanları, atamın məni necə Moskvaya yola saldığını de­yən­də Lena:

- Sən də atanın sözüylə Moskvaya gəldin. Bəs dedinmi ki, mən Moskvada oxumaq istəyirəm, yoxsa tez gəldin işlərini almağa?

Mən deyə bilmədim ki, bizdə atamın sözü qanundur. Onun sözünə qarşı çıxa bilmərəm.

- Bircə onu deyə bilərəm ki, Moskva adını eşidəndə sevinərək səni görəcəyim üçün sevinərək gəldim. Dayım burda oxumağımı dedi. Mən də burda oxuyacam. Amma Bakıda belə oxusam, sənsiz yaşaya bilmərəm. Səni də aparacam. Səninlə evlənəcəm, səndən ayrılmayacam.

Lena:

- Sən dayının yanında mənə yaxınlaşmadın. Mənə “sağ ol” da de­mə­dən əsgərə getdiyin halda, sən məni Bakıya məni aparsan, orda lap çox­du dayılar, qohumlar. Sən ordadamı mənə yaxın gelməyə­cək­sən? Utanacaqsan?

- Mən səndən utanmıram. Mən dayımdan utanıram. O, özü mənə de­yirdi ki, bir qızla tanış ol, dostun olsa, sən rus dilini yaxşı, tez öy­rə­nə­cəksən. Amma mən heç özüm bilmirəm necə oldu?

Lena:

- Mən sənə deyim, necə oldu? Bizi tanrımız özü ayırır. Görmürsən, bu qədər də təsadüfmü olar? Bizi bir-birimizdən ayırmaq üçün hər ikimizə əzab çəkdirir ki, siz indidən ayrılmalısız. Mən sənə ina­nı­ram. Mən ikinci ayrılıqdan qorxuram ki, sən məni sevsən də həyat özü bizi yenə ayıracaq. Biz birlikdə xoşbəxt olmayacağıq. Tanrımız belə məsləhət görur. Bunu mənə psixoloq deyir. Məni müalicə edən həkim deyir. Mən hələ də müalicədəyəm və səninlə aramızda olan söhbəti də ona deyirəm. O, mənə qulaq asdı. O da sənin məni aldatmadığını bildirdi. Sənin sevdiyini bildirdi, amma dedi ki, hər ikiniz səbrli olun. Sizi həyat yenə də ayıra bilər və o dedikləri düz çıxır. Bax sən Bakıya gedəsi oldun.

- Sən mənim sevdiyimsən. Mən mübarizə aparacam, mən səndən ayrılmayacam.

- Əgər atan məni məsləhət görməsə, desə ki, “razı deyiləm Lenayla evlənməyinə”. Onda necə olacaq? Atanın sözünün də qanun olduğunu deyirsən.

- Atam məni hamıdan çox istəyir. O, razı olacaq mən sevdiyim, istədiyim qadınla xoşbəxt olum. O qadın da sənsən. Atam nəyə qarışsa da, mənim sevdiyimə qarışmaz.

Gəzə-gəzə Qızıl Meydana gəldik. Bir az dolanıb oradan da Lena­gi­lin evləri tərəfə yollandıq. Evlərinə çatanda Lena dedi:


Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar