Modern.az

Cahana ğmayan ŞAİR

Cahana sığmayan ŞAİR

Ədəbi̇yyat

6 May 2019, 08:47

Prof. Darxan Kıdırali

Qazaxıstan MEA-nın müxbir üzvü,

Beynəlxalq Türk Akademiyasının prezidenti
 


Allaha qarşı sonsuz sevgisi ilə insanın mənəvi baxımdan kamilləşməsinə, bütün dünyada yaxşılıq və xeyirxahlığın səltənət sürməsinə ədəbiyyatın, xüsusilə sufi şairlərinin verdiyi töhfə ölçüyəgəlməzdir. Yaradılışın mahiyyətini qəlb gözüylə qavrayaraq, həqiqətlə birləşərək sirrin şərbətini doyasıya içən, dərin anlayışları xalqın anlayacağı dillə şeirləşdirən qəmli şairlərin türk xalqları arasında əsrlərin karvanında önəmli mövqeyi olmuşdur. 


Təsəvvüf şeirinin əsasını qoyan Bəyazid Bestami, Həllac Mənsur, Balasaqunlu Yusif Xas Hacib, Xoca Əhməd Yəsəvi kimi şairlərin yaradıcılığını Yüknekli Edib Əhməd, Süleyman Bakırqani, Cəlaləddin Rumi, Yunus Əmrə, Seyfi Sarayı, Əlişir Nəvai, Mahtumqulu Pıraqi, Sufi Allahyar kimi türk şeir sənətinin parlaq ulduzları inkişaf etdirmişdir. “Mənəm Haqq” (“Ənəl-Həq”) deyən müəllimi Həllac Mənsurun yolunu davam etdirib səbr ilə cəsarətin, həqiqət mücadiləsinin simvoluna çevrilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin sufi ədəbiyyatında xüsusi yeri vardır. Nəsimi təkcə qardaş Azərbaycan xalqının deyil, mahiyyəti, təbiəti, sirli və dərin mənalı şeirləri ilə bütün türk dünyasının ortaq mütəfəkkirinə çevrilmiş böyük şairin bu il 650 illik yubileyi qeyd olunur.


Azərbaycan ədəbiyyatı tarixində ana dilinin fədaisi kimi önə çıxan, ədəbiyyat zirvəsinin ən uca məqamında yer alan Nəsimi öz yaradıcılığı ilə milli şeirinin inkişafına yeni istiqamət vermişdir. Şair əsərlərində sadə xalq dilinin zənginliyinə baş vuraraq, orta əsrlərin mürəkkəb ədəbi mühitində üstün olan ərəb və fars dillərinin ədəbi çevrəsinə arxa çevirmiş, türk dilini təzyiqlərdən qorumuş və özündən sonra Xətai, Füzuli, Vaqif kimi xələflərinin söz meydanında daha çox parlamasına zəmin hazırlamışdır. 


Nəsiminin ədəbi irsi dövrün dərin estetik-poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun irsi orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində əvəzsiz rol oynamışdır. Əsərlərində kamil insanı tədqiqat obyekti seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutur, ucaldır, hər şeyin fövqünə qaldırır. Nəsiminin dili onun kimliyi haqqında güclü və aydın informasiya verir. Onun əsərlərində daim düşünən, kamilləşmək arzusu ilə alışıb yanan, kainatın sirlərinə cavab axtaran bir insan obrazı vardır.


Bir qayda olaraq, təsəvvüf şairləri şeirlərini "Haqqı tanıyıb Həqiqətlə bütünləşmək", "Yara aşiq olmaq", "Sevgiliyə sirrini açıb söhbət etmək", "Həqiqət şərabını içmək", "Pərvanə olub odda yanmaq", "Ölmədən öncə ölmək", "Gülə qonan bülbül kimi oxumaq" kimi müəyyən simvolik ifadələrlə rövnəqləndir, dərin düşüncələrini ədəbi dilin fərqli anlayış və incəlikləri, işarələrlə izah edirlər. Bununla yanaşı, yaradıcılıqlarında məcaz (metafora) elementlərindən böyük ustalıqla istifadə etmələri – "sərxoş olub özündən getmək", "şərab içmək" kimi anlayışların işlədilməsi – bəzən şəriət hökmləri tərəfindən anlaşılmır və sufi şairlərin təqibinə səbəb olurdu. Ona görə hürufilik etiqadının əsas nümayəndəsi, “Mənəm Haqq” (“Ənəl-Həq”) deyən şair Mənsur Hallac və xələfi İmadəddin Nəsimi nadan, xurafatçı dindarlar tərəfindən günahsız yerə ölüm cəzasına məhkum edilmişdir. Gələcəyə səsləyən şair, yüksək səslə açıq şəkildə deyir:


H
еç kimsə Nəsimi sözünü kəşf еdə bilməz,

Bu, quş dilidir, bunu Sülеyman bilir ancaq.


Böyük şairin şeirləri ilə Xoca Əhməd Yəsəvi, Yunus Əmrə, Əlişir Nəvai, Mahtumqulı Pıraqinin, xüsusilə Abay və Mağjanın şeirləri arasındakı harmoniya çox maraqlıdır.


Әhdәvәfa еylәdi yari-vәfadarımız,

Yar ilәgör kim, nеcәdüşdü әcәb karımız.

 

Еşqә әlac istәmә, dәrdinәsәbr еylә, dur,

Gör ki, nәdәrman qılır yari-dilazarımız.

 

Bu misralar Abayın

"Bu dünyada sənin kimi mənə yar yox,

Ki, sənə məndən yaxşısı olsa da..." –

dərin mənalı poeziyası ilə çox uyğunluq təşkil edir.

Qiblәsiyәm sadiqlәrin, mә’şuquyam aşiqlәrin,

Mәqsuduyam layiqlәrin, çün beyti-mә’mur olmuşam.

 

Musa mәnәm kim, hәqq ilәdaim münacat eylәrәm,

Könlüm tәcәlli nurudur, anın üçün Tur olmuşam.

Bu şeiri oxuyan qazax oxucunun ağlına ilk olaraq Mağjan Jumabayevin aşağıdakı misraları gəlir:

Mən də Musa olardım,

Danışdırsa Tanrı ilə,

Kokşe mənə olur Tur.

(Qeyd: Kokşe – Qazaxıstanın şimal-şərqindəki Kokşe dağıdır – Kokşetau)



Türk poeziya tarixində böyük ədiblər kifayət qədər çoxdur. Amma onların içərisində ucalığı, “Tanrıya yaxınlığı” ilə Nəsimi zirvəsi xüsusilə seçilir. Bu  zirvədən  eşq günəşi  doğur, o günəş qürub  edir, amma heç zaman batmır. Yüzillərdir, böyük  şairin adı  Şərqdə  mərdlik,  fədakarlıq  və  iradə  rəmzi hesab olunur. Dara çəkilib dərisi soyulan, son nəfəsində  belə  öz sözündən dönməyən böyük sənətkarın məsləki  uğrunda  faciəli ölümü “ədalətdən dönməzlik” simvoluna çevrilmişdir. Ağır cəzaya məhkum edilərək edamı insanlıq tarixinə qara ləkə kimi düşən cəsur şair şeirlərinin birində belə deyir:


Zahidin əfsanəsindən soydular nahaq məni,

Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

 

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.

 

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,

Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz.

Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Nəsimi fiziki olaraq cəzaya məhkum edilsə də, onun yaddaşlarda yaşayan ideyaları və poeziyası, tolerantlıq və sülh naminə çağırışları heç zaman aradan qaldırıla, edam edilə bilməz. Əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edən Nəsimi dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini çoxdan ucaltmışdır.


Nəsiminin ana dilindən ustalıqla istifadə etməsi, xalqın  öz dilinə yaxın  tərzdə yazması ona böyük rəğbət qazandırmışdır. Dövrün bəzi cahil idarəçilərinin iddiasının əksinə olaraq, Nəsimi dini dəyərlərə qarşı çıxmır, yaşadığı  cəmiyyətdə  ədalət və həqiqət axtarır. Onun əsərlərində xalqın taleyini dərindən duyan  insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi  cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. 


Böyük şair insana,  insan  ləyaqətinə,  qüdrətinə  olan yüksək  inamını  tərənnüm  edərək  şeirlərində  insanı  həyatın yaradıcısı,  həyati  gözəlliklərin  birbaşa  mənbəyi  kimi  vəsf edir.  Ancaq  bu  gözəllik,  bu qüdrət dünyada bütün insanlara deyil,  yalnız özünü tanımış,  dərk etmiş  kamil  insanlara  xasdır.  Məhz  buna  görə  şair  kamil  insanın ölməzliyinə işarə edir və onu əbədiyyət üfüqlərində doğmuş eşq günəşinə bənzədir.


Nəsimi хəstəyə sənsiz Sülеyman mülkünü vеrsən,

Ol anı bir çöpə saymaz, təmənnayi-vüsal еylər.

Şeirlərinin  təməl anlamını  İslam  təsəvvüfünün  vəhdəti-vücud  ideyası  və  ilahi  eşq təşkil edən Nəsimi doğma Azərbaycan türkcəsi ilə yanaşı fars,  ərəb dillərində də mükəmməl poeziya  örnəkləri  ortaya  qoymuşdur.  Onun  şeirləri  bütün  türk xalqları ədəbiyyatına və  bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müxtəlif poeziya janrlarına müraciət etmiş,  rübai  və  yuğlarında  sadə  xalq dilinin əsraraəngiz gözəlliklərini ortaya qoymuşdur. Onun  şeirlərində  istifadə  etdiyi  dərin təsəvvüf  düşüncəsi  sonralar  bir  çox  böyük  mütəfəkkürə  təsir göstərmişdir.


Nəsiminin  olduqca  enerjili,  mükəmməl və üsyankar  ruhlu poetik “Mən”i  vardır. Parlaq,  həcmli,  dərin və ilahi  məzmunlu “Mən”i  ilə şair nəinki Azərbaycan,  ümumən  türk  xalqları poeziyasında xöyli önə çıxmış və müasirlərini qabaqlamışdır. Ömrünün sonunadək “Ənəl-Həq” ideyasını müdafiə edən şair-mütəfəkkir sufizm-hurifizm  cərəyanının ən parlaq simalarından birinə çevrilmişdir.

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Zərrə mən əm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

Ərşl ə fərşü kafü nun məndə bulundu cümlə çün,

Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.

Gərçi mühiti-ə’zəməm, adəm adımdır, adəməm,

Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,

Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam.

Şəhd ilə həm şəkər mən əm, şəms mənəm, qəmər mənəm,

Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.
 


Nəsimi yaradıcılığındakı “mən” birbaşa həyatın özü, insanlığın taleyidir. Sənətkarın poetik dünyasında kainatın sirləri dolaşır. Nəsimiyə görə, insanın ən ali keyfiyyəti özünüdərkdir. Ona görə də dahi mütəfəkkir əsərlərində insanları özünüdərkə səsləyir. Bu yüzden Nesimi poeziyasının özü hakikatten dönmeyen asil insan, Hak yolundan vazgeçmeyen mücadeleci, Yar için canını feda etmeye hazır olan tam yetişmiş kamil insandır.


İmadəddin Nəsimi öz yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib, mənsub olduğu xalqın arzu və istəklərini dilə gətirib, onlara ümumbəşəri dəyər qazandırıb. O, istedadı və yaradıcılığının miqyası ilə yalnız Azərbaycan xalqına məxsus olmaqdan çıxmış, bütün insanlığın böyük dəyərinə çevrilmişdir


Əsərlərinin əsas məğzi Xoca Əhməd Yəsəvi irsi üst-üstə düşən İmadəddin Nəsimi yaradıcılığı tolerant və humanist mövqeyi ilə o qədər dərin qatlara malikdir ki, ondan sonra çox sayda böyük şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olmuşdur. Onun ideya və fəlsəfi fikirləri insanları ortaq dəyərlər ətrafında birləşməyə və sülhü təşviq etməyə səsləyir. Ona görə də, Nəsimi irsi müasir dövrümüzdə də öz təsir gücünü ciddi şəkildə qoruyub saxlayır.


Nəsimi irsinin türk xalqlarının xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.


Yaradıcılığına böyük dəyər verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin  Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ili “Nəsimi ili” elan etməsi isə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında böyük məmnunluqla qarşılanmışdır.


Bununla əlaqədar olaraq, Beynəlxalq Türk Akademiyası da 2019-cu ili Qazaxıstanda “Nəsimi İli” elan etdi və geniş tədbirlər silsiləsinə başladı. Şairin şeirləri ilk dəfə olaraq qazax dilinə tərcümə edilərək çap olundu. Hesab edirəm ki, Nəsiminin qazax dilinə ilk dəfə işıq üzü görməsi oxucuların böyük sənətkarın mənəvi irsini mənimsəməsi baxımında

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!