Modern.az

“Heydər Əliyev  Fondu fəaliyyətə başlayana qədər Azərbaycanda məktəb problemi var idi” - 15 yaş

“Heydər Əliyev  Fondu fəaliyyətə başlayana qədər Azərbaycanda məktəb problemi var idi” - 15 yaş

Təhsil

7 May 2019, 10:20

Bir neçə gündən sonra on beş yaşı tamam olacaq Heydər Əliyev Fondu  tariximizə müstəqil dövlət qurucusu kimi daxil olan Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

 

 2004-cü ildən fəaliyyətə başlayan  Heydər Əliyev Fondu  təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

 

Haqqı müdafiə etmək, milli-mənəvi dəyərləri qorumaq, mədəniyyətimizlə, humanizmliyimizlə milli varlığımızı dünyaya çatdırmaq kimi missiyaları həyata keçirən Fond elə bir tarix yazıb ki, sanki o, xalqımızla yaşıddır. Tarixilik ilə müasirliyi bir araya gətirən Fondun gördüyü işlər ölçüyəgəlməzdir.

 

Birmənalı demək lazımdır  ki, bu kimi böyük nəticələr Fonda rəhbərlik edən şəxsin xarakterindəki milli bağlılıq, xalqına xidmət və s. kimi məziyyətlərlə birbaşa bağlıdır.

 

Bəli, Fond bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində  də misilsiz işlər görüb. Paytaxt və regionlarda tikilən məktəblər, bağçalar, təhsil, elm və maarifçiliyin bərqərar olduğu müxtəlif obyektlər buna əyani sübutdur. Tək ölkə daxilində deyil, sərhədlərdən kənarda da Fond məktəb tikdirib, ehtiyacı olanlara hədiyyə edib.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Fond təkcə 2018-ci ildə Bakının Səbayel, Maştağa, Nərimanov, Masazır, Mərdəkan, Nəsimi, Bilgəh, Binə ərazilərində bağçalar, körpələr evi, orta məktəblər salınıb.

 

Həmçinin, Şirvan, Ağcabədi, Samux, Tərtər, Saatlı, Qax və s. rayonlarda da bu tipli müxtəlif müəssisələr gələcək nəsillərin yetişdirilməsi məqsədilə ərsəyə gətirilib.

 

AzEdu.az Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti ilə bağlı silsilə yazılarına başlayır.  Bu yazılarda Fondun çoxşaxəlifəaliyyətlərindən, xüsusən də təhsil sahəsi ilə  bağlı gördüyü işlərdən danışlacaq:

 

“Heydər Əliyev  Fondu fəaliyyətə başlayana qədər Azərbaycanda məktəb problemi var idi”.

 

Təhsil eksperti professor Şahlar Əsgərov Fondun həm təhsil, həm də mədəniyyət sahəsində mühüm addımlar atdığını deyir:

“Heydər Əliyev Fondu fəaliyyətə başlayana qədər Azərbaycanda məktəb problemi var idi. Fondun ən böyük uğurlarından biri yüksək standartlara, müasir tələblərə  cavab verən,  yüksək səviyyəli məktəblərin  inşa edilməsidir. Fond 15 illik fəaliyyəti müddətində həm mədəniyyət, həm də təhsil  işçilərinin problemlərinin həllində mühüm rol oynayıb.  Azərbaycan mədəniyyətinin xaricdə yayılması, dünyada təbliğinin vacibliyini gündəmə gətirib və bu istiqamətdə mühüm addımlar atıb. 

 

Heydər Əliyev Fondu ali təhsil mərkəzlərinə də hər zaman dəstək olub. Məsələn, elə bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji  Universitetində olanda rektor mənə  yeni təmir olunan bir binanı  göstərərək, bunun Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunduğunu  dedi. Ölkədəki istənilən təhsil ocağında Fondun izi,  nişanəsi var. 

 

Bundan əlavə, yüksək bal toplayan tələbələrin mükafatlandırılmasında, məcburi köçkünlərin, şəhid övladlarının  təhsil haqlarının ödənilməsində   Fondun mühüm rolu olub”.

 

“Heydər Əliyev Fondu bu gün Azərbaycanda bütün sahələrdə öz töhfəsini verir”

 

Millət vəkili Sona Əliyeva  Fondun xüsusilə təhsil sahəsində mühüm işlər gördüyünü qeyd etdi:

 

“Yeniləşən Azərbaycanda yeniləşən təhsil müəssisələrinin inkişafında  Heydər Əliyev  Fondunun mühüm rolu var.  Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda Heydər  Əliyev Fondunun təşəbbüsü ilə yaradılan təhsil kompleksi, təhsil müəssisəsi   olmasın.

 

Heydər  Əliyev  Fondunun  sosial sahədə fəaliyyəti həddən artıq çoxdur. Ən böyük töhfəsi də ölkədə xüsusilə də regionlarda məktəb və məktəbə qədər təhsil müəssisələrinin tikintisi ilə bağlıdır.

 

Fondun nəzdində fəaliyyət göstərən Regionların inkişafı ictimai birliyi müxtəlif  sahələr üzrə maraqlı, maarifləndirici tədbirlər həyata keçirir və gənclərin, xüsusilə də tələbələrin könüllülük fəaliyyətinə dəstək verir. Onun çox böyük könüllü ordusu da var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!