Modern.az

Oruc tutan DEPUTATLAR: “Həm Tanrıya yaxın oluruq, həm də rahatlıq tapırıq”

Oruc tutan DEPUTATLAR: “Həm Tanrıya yaxın oluruq, həm də rahatlıq tapırıq”

Parlament

7 May 2019, 16:36

On bir ayın sultanı Ramazan ayını yaşayırıq. Bu müqqəddəs ay boyu bəndələrə oruc tutub, namaz qılmaq, Allaha şükr etmək vacib buyrulub. Müsəlman ölkəsi olduğundan Azərbaycanda da Ramazan ayı boyunca insanların əksəriyyət qismi oruc tutur.Son bir neçə ildə Ramazanın yay aylarına təsadüf etməsi oruc tutanları bir növ sınağa çəkib. Yayın istisinə baxmayaraq, inanclı insanlar nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutmaqla keçirirlər.  Bu sırada Mili Məclisin bəzi deputatları da var.


Maraqlıdır bu il oruc tutan deputatlar arasında kimlər var? Əvvəlki illərdə  necə, onlar oruc tutublar? Bu barədə Modern.az olaraq deputatlar arasında sorğu keçirdik.

 

Hadı Rəcəbli: “Ənənəvi olaraq hər il oruc tuturam, bu il də orucam. Xanımım və qızlarımın hər ikisi Hacı xanımdır. Bəzən səfər və ya hər hansı tədbirlə əlaqədar orucu pozmaq məcburiyyətində qalıram. Belə olan halda da sonradan başqa formada onu yoluna qoymağa çalışıram. Sağlamlığım imkan verəcəyi müddətə qədər bunu icra edəcəm. Oruc tutmaqla Tanrıya daha yaxın olmaqla bərabər  həm də fizioloji cəhətdən rahat oluruq”.

Kamilə Əliyeva: “Hər il Ramazan ayı boyunca oruc tuturam. Bu il də ənənəni pozmamışam. Ayın sonunadək oruc tutacam”. 


Tahir Süleymanov: “
Bu il səhhətimlə əlaqədar oruc tuta bilməyəcəm. Əvvəlki illərdə isə oruc tutmuşam”.

Jalə Əliyeva: “Bu il oruc tuta bilməyəcəm. Əvvəlki illərdə imkan olduğu qədər oruc tutmuşam. Bütün Ramazan ayı boyunca  olmasa da, müəyyən günlərdə oruc olmuşam”.

Fəzail Ağamalı: “Səhhətim imkan vermədiyi üçün bu ay oruc tuta bilməyəcəm. Oruc olmasam da, iftar süfrəsi açmağı planlaşdırıram. Ümumiyyətlə, indiyədək oruc tutmamışam. Səhhətim imkan verdiyi vaxtlarda - yəni gənc yaşlarımda  oruc tutmaq qadağan idi, indi də sağlamlıq  imkan vermir”.

Fazil Mustafa: “Bütün müsəlmanlar nə etməlidirsə mən də onu edirəm. Əlbəttə ki, oruc tuturam. Artıq 30 ildir ki, Ramazan ayı boyunca oruc oluram” .

Siyavuş Novruzov: “Hər il oruc tutub namaz qılıram. İllərdir ki, bunları edirəm. Namazı ancaq orucluq ayında qılıram. Orucluq təkcə yeməklə ölçülməməlidir. Bəzi məsələlər var ki, insanlara düzgün çatdırılmır. Orucluq tək qidada məhdudiyyət demək deyil. Bütün cəhətlərdə məhdudiyyət deməkdir. Orucluq insan iradəsinin yoxlanılmasıdır. Görək insanın aclığa iradəsi çatır, yoxsa, yox. Yalan danışmaq günahdırsa, orucluqda ikiqat günahdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir