“Medo”ləqəbiylə əfsanələşmiş Nənəxanım Məmmədova bu gün Bakıya gəlir.
Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, o, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq
Qeyd edək ki, Nənəxanım Məmmədova(Nensi Doomen) ikinci dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, bu ölkənin Kral ailəsinin fəxri üzvü Məmməd Məmmədovun qızıdır.