Modern.az

Prezident göstəriş verdi - Xalq artistinə mənzil hədiyyə edildi

Prezident göstəriş verdi - Xalq artistinə mənzil hədiyyə edildi

Mədəni̇yyət

8 May 2019, 13:08

Prezident İlham Əliyevin göstərişi ilə Xalq artisti, tanınmış aktyor Qurban İsmayılova mənzil hədiyyə edilib.

Modern.az-ın məlumatına görə, bu barədə məlumatı aktyorun özü sosial şəbəkədə paylaşıb:

“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

BŞİH-dən Modern.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, yaxın günlərdə evin sənədləri aktyora təqdim olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!