Modern.az

Dünyanın ən komfortlu HƏBSXANALARI - Ora düşənlər çıxmaq istəmir

Dünyanın ən komfortlu HƏBSXANALARI - Ora düşənlər çıxmaq istəmir

Mədəni̇yyət

8 May 2019, 14:27

Təbii olaraq heç kim həbsxanaya düşmək istəməz, amma dünyada indi  elə həbsxanalar var ki, bəzi insanalar üçün ora çox maraqlıdır, çünki onların sadəcə adı həbsxanadır. Oradakı şərait, yaşayış heç də təsəvvür etdiyimiz həbsxana kimi deyil.

Bu həbsxanalarda belə yaxşı şəraitin yaradılmasında məqsəd cinayət törətmiş məhkumların psixologiyasını düzəldib, onları yenidən cəmiyyətə geri qazandırmaqdır. Bu deyilənlər qulağa qəribə gəlsə də, belə metod çox vaxt uğurlu alınıb.

 

Modern.az dünyanın cəlbedici 8 həbsxanasını təqdim edir:

 

Torstroym - Danimarka

250 məhbus üçün nəzərdə tutulan zindanda hər bir şəxs üçün 4 kvadrat metrlik ərazi nəzərdə tutulub. Bu otaqda vanna otağı, soyuducu, şkaf, televizor, pəncərə və yazı masası var. Bundan başqa, məhbuslar üçün kilsə, idman meydançaları, bağça, bostan və hər bir əşya ilə təmin edilmiş mətbəx fəaliyyət göstərir. Əgər məhbus buranın yeməklərindən narazı qalarsa, özü üçün ayrıca yemək bişirə bilər. 5 ildə 160 milyon dollara ərsəyə gələn bina dünyadakı ən yaxşı həbsxana hesab edilir.

 
Fuhlsbuettel - Almaniya

2011-ci ildə məhbusların məmnuniyyətini və rahat yaşamaq standartlarını artırmaq məqsədi ilə yenilənən bu həbsxananın kameraları bir tələbə evindən heç də fərqlənmir. Məhbusların kameralarında özlərinə aid hamamları və tualetləri də var.

 
Camp - Dollon - İsveçrə

Tarixində bir çox pis xatirələr olan bu həbsxana çoxluq, epidemya xəstəlikləri və s. problemlərdən sonra məhbuslarına daha rahat bir həbs şəraiti qurmaq üçün 40 milyon dollar xərcləyib.

 

 Cebu - Filippin

Həbsxanın məhbusları burda göstərdikləri rəqs şouları ilə dünyada məhşur olublar. Rəqs şoularının videolarına internetdə milyonlar tərəfindən baxılır. Həbsxana binası o qədər möhtəşəm olmasa da, bu gün rəqs etmək istəyib, amma edə bilməyən nə qədər adam var. Məhbusların bu cəhdinə həbsxana heyəti tam dəstək olur.

 
Addiewell - Şotlandiya

Cənubi Şotlandiyadakı bu həbsxana üçün bir peşə öyrənmək mərkəzi deməyimiz daha düzgün olar. Həftədə 40 saat peşə təhsili alan məhbuslar burda normal həyata hazırlanırlar.

 

Halden – Norveç

2010-ci ildə fəaliyyətə başlayan bu həbsxananın kameralarında soyuducu, televizor, pəncərə, bir sözlə normal bir evdə olan hər şey burda var. Aşbazlıq və musiqi dərsləri, gəzmək üçün xüsusu yer -  hər cür şərait var. Hətta həbsxana bələdçiləri məhbuslarla aralarındakı münasibəti normal saxlamaq üçün silah gəzdirmirlər.


Aranjuez - İspaniya

Bu həbsxanada dünyada bənzəri olmayan bir icazə var. Belə ki, 36 kamerası olan Aranjuez həbsxanasında uşaqlı ailələrin uşaqlarının üç yaşına qədər ata-anaları ilə qalmaqlarına icazə verilir. Uşaqlar 3 yaşına çatdıqdan sonra qohumlarına və kimsəsizlər evinə verilir, bunun məqsədi isə uşağın həbsxana mühitində böyüməməsi göstərilir.


Bastoy - Norveç

Bu həbsxana Norveçdə bir adanın tamamını əhatə edir. Aralarında təcavüzkarların, qatillərin və digər ağır cinayət işləmiş məhbusların  sayı 115-dir. Məhbusların məsuliyyəti 7:30-14:30 arasında işləməkdir və gördükləri işdən qazandıqları pulu yerli bir marketdə xərcləyə bilirlər.

 

Novruz NOVRUZLU  

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır