Modern.az

Uşaq verilişi üçün ssenari müsabiqəsi keçirilir

Uşaq verilişi üçün ssenari müsabiqəsi keçirilir

6 Yanvar 2012, 18:06

Gənclərin İntellektual İnkişafı Mərkəzi gündəlik uşaq verilişi üçün ssenari müsabiqəsi keçirir. Müsabiqəyə təqdim olunan ssenarilər aşağıdakı tələblərə cavab verməlidir: 

1. Maarifləndirici olmalı;
2. Sadə, anlaşıqlı, uşaqların başa düşə biləcəyi dildə olmalı;
3. Yazılar Times New Roman şrifti ilə, 12 ölçüdə olmalı;
4. Ssenarilərin həcmi A4 vərəqdə, 2 səhifədən az olmamalı
5. Ssenarilərdə obrazlar, aparıcı və bir kukla və ya iki kukla olmalı;

Qeyd: Öz konsepsiyanız varsa, təqdim edə bilərsiniz.

Ssenarilər aşağıdakı mövzularda ola bilər:

1. Sağlamlıq
2. Tərbiyəvi (böyüyə hörmət və s.)
3. Flora və fauna
4. Vətənpərvərlik
5. Etiket qaydaları
6. Yol hərəkəti qaydaları
7. Rənglər
8. Əşyaların və s. tarixi
9. Ölkələr
10. Şəxsiyyətlər
11. Hərflər (əlifba)
12. Sənətlər (ixtisas) və s.

Müsabiqədə iştirak etmək istəyən ən azı, 3 mövzuda ssenari təqdim etməlidir. Ssenari qəbulu 18 yanvar 2012-ci ilə qədərdir.

Ssenariləri yollamaq üçün e-mail: [email protected]

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir