Modern.az

Məşhur müğənni oteldə ölmüş tapıldı

Məşhur müğənni oteldə ölmüş tapıldı

7 Yanvar 2012, 00:20

20 gündür Antalyada bir gecə klubunda səhnəyə çıxan məşhur türk sənətçisi Azər Bülbül oteldəki yatağında ölmüş tapıldı. Modern.az “Sabah”a istinadən bildirir ki, Azər Bülbülün meyitini meneceri aşkar edib. Otelə tibbi yardım və polis çağırılsa da, Azər Bülbülü həyata geri döndərmək mümkün olmayıb. Hadisəylə əlaqədar araşdırma başlanıb.
1969-cu ildə Qars Akyakada (Arpaçay) dünyaya gələn Azər Bülbülün gerçək adı Sübutay Kəskindir.
Yeniyetmə ikən ailəsi ilə birlikdə Almaniyaya köçən Azər Bülbül musiqi həyatına "Qəribə yolçu" albomu ilə başlayıb. Daha sonra xalq musiqisi - arabesk tərzində "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kimi albomları ilə musiqi həyatına davam edən sənətçi 1996-cı ildə buraxdığı "Mən atayam" adlı albomu ilə lap məşhurlaşıb. Bu albomda yer alan "Yaralandınmı ey can", "Toxunmayın çox pisəm" və "Hər an hər şey ala bilər" adlı mahnıları ilə böyük uğur qazanan müğənni səsini milyonlara sevdirmiş oldu. Ard-arda buraxdığı albomları ilə daha da parlayan Azər Bülbül adını musiqi dünyasına "qızıl hərflərlə" yazdırıb.
O, milyonlarla pərəstişkarı olan, möhtəşəm səsiylə, özünə xas hərəkətləri ilə arabesk musiqidə "Baba" ləqəbli nadir sənətçilərdən biri idi.
Sonralar narkotika aludəçisi olan müğənni 18 ay müalicə almalı olub. Narkotik istifadə etdiyi dövrdə maddi və mənəvi cəhətdən böyük zərər görən müğənni artıq 1 il yarım idi təmizə çıxmışdı. Gözlənilməz ölüm Türkiyədə sənətçini sevənlər şoka salıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir