Modern.az

Metro haqda bilmədiklərimiz - MARAQLI

Metro haqda bilmədiklərimiz - MARAQLI

9 May 2019, 16:50

Günümüzdə ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri təbii ki, metrodur.

 

Modern.az həm Azərbaycan, həm də dünyadakı metrolar haqqında maraqlı faktları nəzərinizə çatdıracaq.

 

Metro - şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən əhalisinin sayı 1 milyondan çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür.

 

Dünyada ilk metro stansiya 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi böyük təntənə ilə qeyd edilib.

Dünyanın ən uzun metro xətləri Şanxaya məxsusdur - 538 km.

 

Paytaxtımızda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanır.

Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkəmizdə həmin vaxt 3 gün matəm elan edilib.

Qeyd edək ki, gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.

Dünyadakı 5 metro haqında maraqlı məlumatları sizə təqdim edirik:

1.London metrosu 1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və 270 stansiyadan ibarətdir.O, hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında "Docklands Light Railway"ın də adı çəkilir - maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə Temza çayının ətrafını nümayiş etdirir. 

 

  1. Nyu-Yorkdakı metro ekspertlərin fikrincə, o, nə təmizliyi, nə də qatarların hərəkət tezliyi ilə fərqlənir. Bununla belə, yalnız dünyada yeganə Nyu-Yorkdakı metro istifadə verildiyi gündən fasiləsiz bütün sutkanı işləyir.1904-cü ilin oktyabrında metropolitenin cəmi 28 stansiyası olub. Ən çox stansiyası olan metrodur. Sayı 472-dir və həmçinin ən sürətli 7-ci metrodur. Nyu-Yorkun yeraltı dəmiryolunun maşinistləri hər gün 6 milyon çox adam daşıyırlar. Stansiyalar nadir mozaik kompozisiyalarla təchiz olunub.

 

  1. Moskva metrosu dünyanın ən böyük və ən sürətli metrosudur. Metro 1931-ci ildə istifadəyə verilib və dizyınına görə ən gözəl metro sayılır. Qatarların sürəti saatda 120 kilometrə çatır. Hər il Moskva metrosu 3,2 milyard sərnişin daşıyır. O, 12 xətt, 172 stansiyadan ibarətdir, rels yollarının ümumi uzunluğu isə 340 kilometrdir. Metro 19 saat yarım fasilsiz işləyir.

 

  1. Fransanın paytaxtındakı Paris metrosu “Metropoliten” adıyla məhşurdur. Avropada ən içlək metrolardandır. İlk xətti 1900-ci ildə inşa edilib. Uzunluğu 214 kilometrdir. Bu özəllikləri ilə dünyanın ən qədim və ən böyük metrolarından biridir. Metro hər gün təxminən 4.16 milyon insan tərəfindən istfadə edilir.

 

  1. Resmi olaraq 28 may 1993 tarixində fəaliyyətə başlayan Şanxay metrosu 368 stansiya və təxmini 588 km-lik uzunluğu ilə dünyanın ən uzun metrosu adına sahibdir. Bu adı qazanmağı 2010-cu ildəki təmir işlərindən sonra oldu və bu göstəricidə 1-ci oldu. Təbii ki, ən uzun olmağına səbəb Çinin əhalinin sayında da dünyada 1-ci olmağını səbəb kimi göstərmək olar. Metro təxminən gün ərzində 12 milyon insana xidmət edir.

 

Novruz NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir