Modern.az

Popkorn satan oğlandan yeni XƏBƏR: Əmisinin yanında iş tapdı

Popkorn satan oğlandan yeni XƏBƏR: Əmisinin yanında iş tapdı

10 May 2019, 17:46

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deputat Rasim Musabəyovun keçiddə popkorn satdığına görə gündəmə gətirdiyi 17 yaşlı İsrafillə bağlı yeni məlumatı bölüşüb.

Modern.az-ın məlumatına görə, C.Valehov bir müddət əvvəl Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satışı ilə gündəmə gələn İsrafillə danışıb:

“Onun vəziyyətini soruşdum. Bildirdi ki, “hazırda əmisinin yanında çalışır”.

Təhsillə bağlı təklifə gəlincə, İsrafil yaxın müddətdə fikrini bildirəcəyini qeyd edib.

Qeyd edək ki, deputat Rasim Musabəyov mayın 7-də “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə bir uşağın popkorn satmasına etiraz edərək, onun vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü deyib və sosial şəbəkədə müvafiq qurumlara tədbir görmələri üçün çağırış edib.  

Deputatın iradından sonra həmin oğlan popkorn aparatı ilə birlikdə yeraltı keçiddən uzaqlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi