Modern.az

Azərbaycana güclü yağışlar yağdı – Ən çox yağıntı düşən RAYONLAR

Azərbaycana güclü yağışlar yağdı – Ən çox yağıntı düşən RAYONLAR

11 May 2019, 09:24

Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

 

Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.

Bu gün gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir