Modern.az

Rusiya hərbi qüvvələrini Suriyaya yeritdi

Rusiya hərbi qüvvələrini Suriyaya yeritdi

8 Yanvar 2012, 17:02

Modern.az saytı İTAR/TASS agentliyinə istinadən xəbər verir ki, Admiral Çabanenko və Yaroslav Mudrıy hərbi gəmiləri bu gün Suriyanın Tarsus limanına girib.

Rusiya donanmasının adı açıqlanmayan bir nümayəndəsinə istinadən verilən xəbərədə hələ Aralıq dənizində olan gəmilərin bir hissəsinin Tarsus limanında bir neçə gün qalacağı bildirilib.

"Reuters" agentliyi isə bu gəmilərin səfərinin Suriya prezidenti Bəşar Əsada dəstək və güc nümayişi kimi qəbulediləbiləcəyini qeyd edib.

Rusiya Suriyada 10 aydır davam edən gərginlikdə Əsadın tərəfini tutur. Moskva oktyabr ayında da Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının Əsad rejiminə qarşı qətnamə qəbul etməsinə mane olmuşdu.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir