Modern.az

Prezident insult keçirən Milli Qəhrəmanın müalicəsini şəxsi nəzarətinə götürdü

Prezident insult keçirən Milli Qəhrəmanın müalicəsini şəxsi nəzarətinə götürdü

Ölkə

11 May 2019, 14:40

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

 

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyi məlumat verib.

Səfirlikdən bildirilib ki, hadisə baş verəndən sonra səfir Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb.

 

“Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta-ağır qiymətləndirirlər”, - deyə səfirlikdən əlavə edilib.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

 

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir