Modern.az

Prezident kimi birinci ledi

Prezident kimi birinci ledi

9 Yanvar 2012, 11:31

Tatyana Kərimova Özbəkistanın idarə olunmasında mühüm rol oynayır

Dünyanın bir çox ölkəsində birinci ledilərin şəxsiyyəti cəmiyyət üçün heç vaxt qapalı saxlanmır. Amma elə ölkələr də var ki, burada dövlət başçısının xanımının tərcümeyi-halı cəmiyyətə əməlli-başlı açıqlanmır.

Özbəkistan prezidentinin həyat yoldaşı Tatyana Kərimovanın da şəxsiyyəti demək olar cəmiyyətə tam qapalıdır. Məlum olan budur ki, o, Fərqanə vilayətində doğulub, atası milliyətcə tacik, anası rusdur. Onun uşaqlığı çətin keçib, çünki valideynləri tünd alkoqollu içkilər qəbul ediblər. Amma ömür yolunun hansısa mərhələsində o indiki dövlət rəhbəri ilə görüşüb və onunla qısa sevgi  romanı başlayıb, bu münasibətlər İslam Kərimovun əvvəlki ailəsinin dağılması ilə nəticələnib.

Kərimovun oğlu da varmış

Bir sözlə, Kərimovun birinci arvadı Kuça Natalya sakitcə onun həyatından gedir, ərlə-arvadın əlaqələri tamamilə kəsilir. Beləcə unudulur. Onların oğlu Pyotr Kərimov indiyədək Daşkənddə yaşayır. Atasız böyüdüyündən öz həyatını qura bilməyib, sakit “tülkü balası”na çevrilib. Prezidentin ilk arvadından olan oğlu həyatını sanki yalnız spirtli içki naminə yaşayır. Amma başqa fikirlər də söylənilir. Bəziləri iddia edirlər ki, atası oğlunu diqqətsiz saxlamayıb. Pyotr Kərimov Bekabada şəhərindəki müəssisədən maddi təminat kimi pul alır, amma ətrafındakılar iddia edirlər ki, Pyotr bizneslə məşğuldur və müəssisəyə nəzarət edir. Əlavə edək ki, Pyotr Kərimovun keçmiş arvadı Valentina Qonçar uzun müddət İsrailin Özbəkistandakı səfirliyində işləyib.

İslam Kərimovla əvvəlki həyat yoldaşının arasını pozan Tatyana Kərimovaya gəldikdə, o bacısı Tamara ilə birlikdə hakimiyyət ehtirasına elə tutulublar ki, Özbəkistanda təsir etmədikləri sahə, demək olar yoxdur.

Tatyana İslam Kərimovun ürəyinə yol tapandan az sonra ərinin gələcək perspektivlərini tez başa düşür və ailədaxili  hakimiyyəti əlindən buraxmır. İslam Kərimov Özbəkistanda hakimiyyətə gələndə Tatyana düşüncələrində yanılmadığını bir daha anlayır.

Prezident arvadı ilə hər şeyi məsləhətləşir

Kərimov ölkənin idarə olunması baxımından diktator  kimi qəbul edilsə də, bir qədər fərqli, belə demək mümkünsə, təkamül yolunu seçib. Bu fərqlilik ondadır ki, Kərimov özünün regional klanına sahib deyil, ona görə o hansısa nəzarətdən də azad qalıb, hətta cəmiyyətin bir hissəsindən də. Bu vəziyyət ona gətirib çıxarıb ki, o heç nəyə və heç kimə etibar etmir, hər şeyə özü nəzarət etməyə çalışır. Necə deyərlər, hər bir deşiyə soxulur, özünün məxfi  planlarını yalnız arvadı ilə bölüşür, bu da Tatyana Kərimovaya nəticə etibarilə dövləti idarə etməyə imkan verir.

T.Kərimovanın ictimai fəaliyyəti elmi əməkdaşı olduğu Özbəkistan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə bağlıdır. Birinci ledi iqtisadiyyat elmləri doktorudur, halbuki elementar iqtisadi nəzəriyyədən və qanunlardan başı çıxmır, heç bir akademik düşüncəsi ilə fərqlənmir. T.Kərimova bir çox birinci ledilərdən fərqli olaraq xeyriyyəçiliklə məşğul olmur, bu cür fəaliyyətə laqeyddir. Məsələn, Rusiyanın birinci ledisi Svetlana Medvedeva rus dilinin və mədəniyyətinin inkişafı üçün müxtəlif xeyriyyə tədbirləri reallaşdırır. Özbəkistanda milli dəyərlərin qorunması isə birinci ledi üçün yaddır. Bundan əlavə, məlumdur ki, Tatyana Kərimova və qızları hərdənbir özbək adlandırılmalarını özlərinə son dərəcə təhqir kimi qəbul edirlər. Xanım Kərimovanın islam dininə inancı da yüksək həddə deyil. Deyilənə görə, birinci ledi məscidlərə, pravoslav kilsəsinə və katolik məbədinə gedir, amma bunlar hamısı özünün zahiri möminliyini nümayiş etdirmək üçündür.

Birinci ledi saraydaxili intriqaların mahir icraçısıdır

Birinci ledi hakimiyyətin saxlanılması və möhkəmləndirilməsi üçün saraydaxili intriqaların mahir icraçısı hesab olunur. Özbəkistan hakimiyyətində çalışanlara və ətrafındakılara çoxdan məlumdur ki, Tatyana Kərimova dövlət idarəçiliyində mühüm rol oynayır və dövlət əhəmiyyətli vacib qərarların qəbulunda onun rəyi əsas kimi nəzərə alınır. Özbəkistan iqtisadiyyatı onun və Kərimovların iki qızının və qohumlarının tamamilə ixtiyarına verilib. Bütün strateji vacib obyektlərin iqtisadi cəhətdən idarə olunması və oralardan maliyyə toplanması onlara hakimiyyəti ələ almaqda şəksiz  üstünlük verir. Halbuki, “ailə pasyansı”nı (əylənmək və ya fala baxmaq üçün kart kağızlarılnın müəyyən üsulla düzülməsi) Tatyana Kərimova yerbəyer edir.

Deyilənlərə görə, varis problemi prezident İslam Kərimovdan çox birinci ledini narahat edir. Amma Tatyana Kərimova başa düşür ki, vəziyyət o qədər də sevindirici deyil. Bəzi məlumatlara görə, birinci ledi varis kimi bacısı oğlu Əkbər Soburovanı görür. Amma hakimiyyətə İ.Kərimovdan sonra qızı Gülnarənin gələcəyi daha çox ehtimal olunur.

T.Kərimovanın Özbəkistanda təsiri faktorunun genişlənməsi onun nəzarət etdiyi sahələrlə ölçülür. O, vilayət administrasiyalarının, iri sənaye müəssisələrinin, maliyyə institutlarının rəhbərlərinin təyinatında əsas söz sahibidir. Bundan başqa, prezidentin xanımı Fərqanə vadisində bütün kadr və maliyyə-iqtisadi məsələlərini  bacısı Tamara Sabirova ilə birgə həll edir, Səmərqənd, Buxara, Nəvai və Kəçkədar vilayətlərinə nəzarət də T.Kərimovanın əlində cəmləşib. O, Daşkənddəki proseslərə birbaşa təsir göstərir, əsas bankların və maliyyə strukturlarının rəhbərlərnin təyinatı zamanı onun rəyi xüsusi rol oyanayır. Birinci ledi bank sektorundakı adamları vasitəsilə respublikadan yüz minlərlə ABŞ dollarını çıxararaq xarici banklarda yerləşdrib. Bu istəyinin reallaşmasında onun etibar etdiyi maliyyə nazirinin birinci müavini Tatyana Quskovanın əsas rolu var, özbək maliyyəçiləri arasında onun ləqəbi isə “Tanya-10 faizdir”.

Prezident Kərimovun ən sevimli fikirlərindən biri budur: “Özbəkistan – böyük gələcəyi olan dövlətdir”. Bu şüar respublikanın bütün ərazisində hər binaya asılıb və hər gün televiziya ekranından səslənir.

T.Kərimova, əksinə, realistdir və dərin praqmatik qadın kimi özünə hesabat verir ki, Özbəkistan belə idarəetmə ilə öz böyük gələcəyini hələ çox gözləməli olacaq. Ona görə o və qızları respublikada hər şeyi indi “qırxıb qurtarırlar”.

Bu ailənin gələcək taleyi bəlli deyil, amma qəti olaraq demək olar ki, o Özbəkistanla bağlı deyil. T. Kərimova nəzərə alırmı ki, Rusiya onları qəbul etməyəcək, necə ki, Qırğızıstan prezidenti Bakiyevi qəbul etmədi, Qərbə gəldikdə, diktator ailəsinə sığınacaq verməklə özünü nüfuzdan salmaq istəməz. Kərimovalar həm də özbək xalqının bədbəxtliklərinin günahkarı hesab olunur. Onların hakimi isə Allahdır.

T.Kərimova ardıcıl olaraq ərini səfərlərdə müşayiət edir. Şayiələrə görə, onlar ev şəraitində, rus dilində danışırlar.

İlk görüş

T.Kərimovanın birinci ledi kimi demək olar 20 illik stajı var. Söylənilənlərə görə, öz əri ilə - respublikanın gələcək rəhbəri ilə öz doğma şəhərində - Fərqanədə tanış olub. İslam Kərimov Özbəkistan SSR Dövlət Plan Komitəsinin sıravi qulluqçusu kimi Fərqanədə xidməti ezmiyyətdə olub. Onların ilk görüşü, yenə söylənildiyinə görə, çinovnik qaydalarına uyğun baş tutub. Tatyana Fərqanə şəhər icraiyyə komitəsində sıravi mühasib işləyib. İslam Əbdülqəniyeviç və Tatyana xanım 30 ildən çox çəkən birgə həyatları zamanı iki qız-Harvard Universitetinin məzunu Gülnarə və Daşkənd Universitetinin dünya iqtisadiyyatı və diplomatiya üzrə qızıl diplomçusu Lolanı böyüdüblər, onların iki qız və bir oğlan nəvəsi var.

Rəsmi məlumata görə, Tatyana “Nəsilin sağlamlığı naminə” xeyriyyə fondunun sədridir. Guya, əsas vəzifəsi özbək xalqının genofondunun qorunmasıdır. Prezidentin rəsmi saytında ona aid bir cümlə yazılıb: “Arvadı Tatyana Əkbərovna Kərimova –iqtisadçı, elmi əməkdaş”.

Xalq arasında prezidentin arvadı barəsində demək olar danışmırlar - nə şəhər bazarlarında, nə də evdə-mətbəxdə. Özbək ənənəsinə görə, bu pis əlamətdir, düşünürlər ki, əgər danışılırsa, deməli, hörmət etmirlər.

O, 1991-ci ildən bəri bir dəfə olsun müsahibə verməyib. Birinci ledi Türkiyənin kurort şəhəri Antalyada istirahət etməyi çox sevir...


İslam Kərimov Tatyana Kərimova ilə xarici səfərdə

Prezidentin böyük qızı Gülnarə Kərimova

Prezidentin kiçik qızı Lola Kərimova

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?