Modern.az

Ən uzun və qısa müddətdə oruc qalanlar - SİYAHI

Ən uzun və qısa müddətdə oruc qalanlar - SİYAHI

Mədəni̇yyət

13 May 2019, 13:24

Ramazan ayında ən çox maraq doğuran mövzulardan biri də hansı ölkədə neçə saat oruc tutulacağıdır. Çünki bu bayram da oruc tutanlar üçün qitələrarası saat fərqi yarnır. Ölkəmizdə Ramazan ayı 6 may tarixində başlayıb və 4 iyun tarixində bitəcək.

 

Modern.az ən uzun və ən qısa müddət oruc tutacaq ölkələrin siyahısını təqdim edir:

 

Azərbaycan və Türkiyədə müsəlmanlar təxminən 17 saat oruc qalacaqlar.

 

Dünya miqyasında 1,5 milyarddan çox müsəlman yaşadıqları ölkələrə görə, bir-birindən olduqca fərqli müddətdə oruc tutur. Oruclu qalmaq müddəti ən uzun İslandiyanın paytaxtı Reykyavikdə olur - 21 saat 13 dəqiqə.

Finlandiyanın paytaxtı Helsinkidə 20 saata yaxın, Stokholm, Oslo və Kopenhagendə isə təxminən 19 saat yarım oruc tutulur.

 

Cənubda yerləşən ölkələrdə müddət şimal ölkələrinə nisbətən daha qısadır, əsasəndə Cənubi Amerika ölkərini deyə bilərik Argentinanın cənub şəhərləri dünyada ən qısa müddətli oruc tutulan yerlərdir. Argentinanın Uşuaia şəhəri 9 saat 20 dəqiqə ilə müddətin ən qısa olduğu yerdir. Avstraliyanın Hobart şəhərində isə oruc tutma müddəti 11 saat 7 dəqiqədir. 

Ramazanın yaşandığı ölkələrdən biri olan Rusiyanın paytaxtı Moskvada isə müsəlmanlar 18 saat yarımdan biraz artıq oruc tutulucaq. 

Amerika qitəsində ABŞ-ın ən böyük şəhəri Nyu-Yorkda müsəlmanlar 16 saat 21 dəqiqə, Kanadanın paytaxtı Ottavada 18 saat 23 dəqiqə oruc tutur. 

Yaxın Şərqdə oruc tutma müddəti Qahirədə 14 saat 52 dəqiqə, Qəzzada 16 saat, Beyrutda 14 saat 20 dəqiqə, Dəməşqdə 15 saat, Bağdadda isə 14 saat 15 dəqiqə davam edir. 

 

Novruz Novruzlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!