Modern.az

Mübariz Mənsimovdan Əli İnsanov AÇIQLAMASI: “Tanımaq belə istəmirəm...”

Mübariz Mənsimovdan Əli İnsanov AÇIQLAMASI: “Tanımaq belə istəmirəm...”

Ölkə

13 May 2019, 20:50

Tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, M. Mənsimov keçmiş məhbusla əməkdaşlığını tamamilə istisna edib.

 

O, Ə.İnsanovu tanımadığını və tanımaq da istəmədiyini bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

 

Qeyd edək ki, Mənsimova qarşı yönələn  ittihamlardan biri də “Palmali” sahibinin öz xeyriyyəçilik fəaliyyəti haqqında cəmiyyəti müntəzəm məlumatlandırması, bu istiqamətdə gördüyü işləri təbliğ etməsidir.

 

“Ancaq həmin “ittiham”ları dövriyyəyə buraxanlar Mənsimovun xeyriyyə məqsədilə məhz şəxsi vəsaitini sərf etdiyini, eyni zamanda, bütün müsbət nümunələrin tanıdılmasına ehtiyac olduğunu nədənsə, “unudurlar”. Bu “unutqanlığın” nəticəsi isə atdıqları bumeranqın onların özlərinə qayıtması olur”-deyə şirkətdən verilən bəyanatda bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür