Modern.az

Avropa azərbaycanlıları  Prezidentə dəstək aksiyası keçirdi - FOTOLAR

Avropa azərbaycanlıları  Prezidentə dəstək aksiyası keçirdi - FOTOLAR

13 May 2019, 20:57

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə  Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

 

Modern.az-ın məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir.

 

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri  və üzvləri qoşulublar.

 

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”,  “Cənab Prezident, Sizi salamlayırıq” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

 

Aksiya iştirakçıları  bundan sonra da ölkə başçısına  daim dəstək olacaqlarını bəyan ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər