Modern.az

Əli Əhmədov: “Sosial təminat islahatları vacib edən bir sıra amillər mövcuddur

Əli Əhmədov: “Sosial təminat islahatlarını vacib edən bir sıra amillər mövcuddur”

14 May 2019, 11:22

Azərbaycanda həyata keçirilən islahatlar konsepsiyasının əhəmiyyətli bir hissəsini sosial təminat sahəsində aparılan islahatlar təşkil edir.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, ölkədə bu sahədə ciddi islahatlar aparılır və Azərbaycan dünyada islahatçı dövlətlərdən biri kimi tanınır.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatları vacib edən bir sıra amillər mövcuddur:

“Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hökümət həmin insanların həyatının təmin edilməsi, tələbatlarının ödənilməsi, iş yerlərinin açılması, mənzillərin tikilməsi, müavinətlərin verilməsi istiqamətində böyük vəsaitlər xərcləyir. Yəni bu sahədə bütün işlər Azərbaycan hökumətinin üzərinə düşür və dövlətimiz bunun öhdəsindən layiqincə gəlir. Digər tərəfdən, müharibə nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı əlil olub və o insanlara pensiyaların verilməsi, sosial müdafiəsinin təşkili islahatları vacib edən amillərdən biridir”.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan əhalisnin sayı artır, eyni zamanda çoxuşaqlı ailələrin də sayı çoxalır. Məhz bununla əlaqədar onların sosial müdafiəsinin təşkili vacib əhəmiyyət kəsb edir: “Bu baxımdan Azərbaycan hökuməti sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə dünya təcrübəsini daim öyrənir və yeniliklər tətbiq edir. Bundan sonra da Azərbaycan hökuməti sosial islahatları davam etdirəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi