Modern.az

Bahar Muradova: “...anladım ki, səhv etməmişəm”

Bahar Muradova: “...anladım ki, səhv etməmişəm”

Parlament

15 May 2019, 12:01

“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə kecmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdım. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğurdan da bizim doğma kanalımızdır”.

Modern.az xəbər  verir ki, bu sözləri Milli Məclisin sədr müavini  Bahar Muradova bildirib.


Deputat ölkənin bir nömrəli televiziyası olan AzTV-nin sözün hər mənasında yenilənməsindən məmnun qaldığını bildirib:

“Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhval-ruhiyyəsi,  geyimi, davranışı, rənglər bir sözlə hər şey göz oxşayırdı. Qonaqla söhbət ücün secilmiş mövzu da aktual idi. 15 may beynəlxalq" Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim.

Ardınca "Gün başladı" proqramı diqqətimi cəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə hər şey günə yaxşı başlamaq üçün  gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi”.

Bahar Muradova AzTV-də aparılan dəyişikliklərdən  çox sevindiyini də dilə gətirib.

“Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsl məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlətimizə sadiqliyi ilə secilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ , yeniliklərə daha açıq olmalarını arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır